Bel Və Boyun ağrılarının səbəbləri - Dr.Bəhruz Eyvazov
30 NOYABR
1446

Bel Və Boyun ağrılarının səbəbləri - Dr.Bəhruz Eyvazov

Bel və boyun ağrıları.

Bel və boyun ağrısı, cəmiyyətdə ən sıx görülən sağlamlıq problemlərindən biridir. Kobudca hər iki adamdan birinin həyatında ən az bir dəfə bel və boyun ağrısı keçirdiyi qəbul edilir.

              

Bel və boyun ağrılarının səbəbləri.

Hər ağrı yırtıq deyil!

Ən çox səbəbinin yırtıq olduğuna dair səhv bir inanış var. Halbuki yırtıqlar, ağrılarının yalnız 2-5%'ini təşkil edir. Bunların da az bir hissəsinə cərrahi müalicə lazımdır. Digər ağrı səbəbləri arasında gərginlik, zəif bel-qarın əzələləri, piylənmə, pis duruş, duzlaşma, sürüşmə, onurğa beyni kanalı daralması, onurğanın iltihabi revmatizmaları, osteoporoz, onurğalarda çökmə qırıqları, şişlər, vərəm kimi infeksiyalar və daxili orqanlardan qaynaqlanan ağrıların əks olunması sayıla bilər.

Boyundakı ağrılar beynimizə də təsir edərək təhlükə yarada bilər. Fərqində olmadan sürətli birdönüş etməniz, yerdən ağır yük qaldırma və ya bir dəfə məcbur edilərək önə əyilmiş vəziyyətdə nəsə götürməniz gələcəkdə ciddi problemər yarada bilər. Çünki bel və boyun ağrıları çox zaman heç diqqət etmədiyimiz bu kiçik detallar nəticəsində ortaya çıxabilir. Onurğada olan xronik bel, kürək və boyun ağrıların ən çox səbəbi onurğanın normal əyriliklərin (lardozun və ya kifozun) qurluşunun pozulmasıdır. Hansi ki, zaman onurğanınbiomexanikası pozulduğundan onurğa üzərinə düşən yükün bərabər paylanması pozulur. Busəbəbdən onurğanın daha çox yük düşən nahiyyəsində ağrılar əmələ gəlir.

Bel ağrıları çox yayılıbmı?

Aldığımız məlumatlara görə, hər adam həyatının hər hansı bir dövründə, ən az bir dəfə belağrısı çəkir. "Bu ağrılardan hansı xronikiləşir" deyə soruşsanız, bir çox ağrı normala dönə bilir. Ancaq bu ağrıların tez təkrarlanması, zaman içində daha böyük problemlərə səbəb ola bilir. Bel ağrısı bir dəfə də keçirilsə ciddi qəbul edilməli və həkimə danışılmalıdır! Bir daha bel ağrısı çəkilməməsi üçün tədbirlər görülməlidir!Bel ağrıları çox səbəblidir. Ən əhəmiyyətli səbəbmexanikidir və bunun başında fəqərəarası disk yırtığı gəlir. Əlbəttə hər bel ağrısı fəqərəarası disk yırtığı deyil. Bel yırtığında iltihabi səbəblər axtarmaq səhvdir. Beldə fəqərəarası disk yırtığı ağırlıq qaldırma ilə, gücə salma ilə ortaya çıxan bir narahatlıqdır. Yırtıq yalnız beldəki ağrılarlamüşahidə olunmur. Belin yanında, ayaq ağrıları, uyuşmalar, qarışqa gəzmə hissi ilə gün içində artan ağrılar ola bilir.

Bel ağrılarının növləri hansılardır?

Bel ağrısını diaqnostika etmək həqiqətən çətindir. Müxtəlif və çox səbəbli bel ağrıları ola bilir. Daha çox oturma pozğunluqları, qeyri-düzgün durma, həddindən artıq əyri vəziyyətdə işləmək, tez təkrarlayan eyni istiqamətdəki hərəkətləri arxa arxaya etmək bel ağrılarına səbəbola bilər. Əsl əhəmiyyətli olan, bu ağrıların təkrarlanması halında əsil səbəbini tapmaq və araşdırmaq. Yalnız duruşa bağlı bir ağrıdırsa gündəlik fəaliyyəti nizama qoymaq ,bel və qarınəzələlərini gücləndirici məşqlərlə bunun önünə keçilə bilər. Ancaq ağrılara bağlı başqa birxəstəlik (məsələn iltihabı narahatlıq) varsa fərqli bir müalicə üsulu tətbiq olunmalı. Yoxsa belağrısını müalicə etdirmək bir fayda verməz.Fəqərələrdə olan ifeksion proseslər zamanı kəskinağrıları olur.Belə ağrıların müalicəsi diğər bel ağrılarından kəskin fərqlənir.

Bel və boyun ağrılarında hansı peşə qrupları risk altındadır?

Boyun ağrılarında bəzi peşə qruplarının daha çox risk altında olduğu doğrudur. Katibələr, kompüter və çap maşını başında uzun müddət oturanlar, davamlı yazı yazmaqməcburiyyətində qalanlar ... Ad qoymaq lazım olsa diş həkimləri, jurnalistlər, memarlar və s. Yəni boynun əyri vəziyyətini uzun müddət dəyişmədən iş vəziyyətlərində bu ağrılarıngörülmə riski daha çoxdur. Bu ağrılarda da beldəki kimi altda yatan üzvi faktorların, əzələ və oynaqlardakı infeksional xəstəliklərinin istisna edilməsi lazımdır. Beldə də olduğu kimi ifadə etməkdə fayda var: "Hər boyun ağrısı boyun yırtığı deyil." Qol ağrıları, uyuşma və qarışqagəzmə hissi olduğu boyun ağrılarında fəqərə arası disk yırtığı olma ehtimalı yüksəkdir. Gündəlik məşğuliyyətlərdən ortaya çıxıb özbaşına itən boyun ağrıları haqqında. Zaman zaman, baş ağrıları tərzində boyun ağrılarının ortaya çıxması normaldır. Bunlar, ani hərəkət, gərginlik və stressə bağlı meydana gələ bilər. Boyun məşqi edilməsi, iş mövqelərinin nəzərdən keçirilməsi və dəyişdirilməsi lazımdır. Bu kimi tədbirlərlə müvəqqətiboyun ağrılarından xilas ola bilərik. Məşq, boyun ağrıları üçün hər zaman əhəmiyyətlidir. Boynu, sağa sola, önə arxaya çevirmək deyil, əlimizi alnımıza qoyub müqavimət meydanagətirərək boyun əzələlərini gücləndirmək əhəmiyyətlidir. Boyun əzələləriniz güclü olarsa, gələn yükləri absorbə edə bilər. Amma əzələlər zəif olduğunda gələn yük birbaşa fəqərələrə təsir edir və daha erkən aşınmalar meydana gəlir. Irəliləmiş xəstələrdə qətiliklə fiziki müalicə tətbiq edirik. Bəzən boyun korseti də təklif edirik. Yenə də əzələ gərginliyi ön plandadırsa istimasaj tətbiqi, elektrik cərəyanı, boynun isti saxlanması kimi müdaxilələrlə xəstələr ağrılardanxilas ola bilər.

Boyun ağrısında nəyə diqqət etməli?

Boyunda ən çox üzərində dayanmamız lazım olan ergonomi boyun ağrısıdır. Yataq, yastıq, kürsü, uyğun obyektlərlə iş şəklinə diqqət edilməlidir. Ortopedik və roll yastıq təklif edirik. Klassik istifadə edilən yastıqlar boyun sağlamlığına çox zərər verir.

          

Xüsusilə beldə artıq yük yüklədiyi üçün xəstələrdən arıqlamalarını istəyirik.

Boyun ağrısı hansı hallarda risklidir?

Boyun ağrılarıyla birlikdə görülən baş dönmələri, gözlərdə ulduzların görünməsi, qulaq cingildəməsi boyun ağrılarından müstəqil düşünülməməlidir. Boyun fəqərələrinin yanında beyni qidalandıran, qan daşıyan bir şəbəkə var. Boyundakı bir ağrı ya da incimə, beynə gedən bu yolların funksiyalarını yerinə yetirməsini maneə törədə bilər. Yəni beynin qidalanmasında qanun pozğunluqları görülə bilir. Buna bağlı olaraq anlıq üşümə, titrəmə, gözlərdə anlıq narahatlıqlar inkişaf edə bilər. Bu vəziyyətdə fiziki müalicə tətbiq edirik.

Müalicədə nələr edirsiniz?

Fiziki müalicə ola bildiyi kimi əzələlərlə əlaqədar problemlərdə gücləndirici məşqlər təklif edirik.(məsələn çox doğum etmiş bir qadının qarın əzələləri zəifləyir. Yüklənmə bu tip insanlarda daha çox onurğa üzərinə düşür) Bir müddət sonra xəstələr rahatlayır. Əzələ gərginliklərindən meydana gələ bilən ağrılar da var. Uzun müddət oturmaq, davamlı ayaq üstə dayanmaqla yaranan ağrılar xaricində yüksək dikdaban ayaqqabılarla uzun müddət gəzən qadınlarda da ağrı ola bilər. Ya geynilməməli, ya da məşqlərlə bədən gücləndirilməlidir. Ağrılarda isti, elektrik axınları və fiziki müdaxilələrlə əzələləri gərginlikdən azad edə bilirik.Sərbəst üzmə, yeriş bel ağırları üçün faydalıdır! Bel-boyun ağrılarının müalicəsində tətbiq olunan əsas müalicə üsulları bunlardır: Faset blokadası,Dərman və məşq müalicələrinə, epidural steroid tətbiqi,kəskin ağrılar zamanı qisa müddətli korsetlər gəzdirilməsi və fizioterapevtik proseduralar, əgər stabilliyin pozulması konservativ müalicəyə tabe olmazsa implant yerləşdirməklə stabilizasiya əməliyyatı ilə müalicə edilə bilər.

      

(boyun üçün ortopedik yastıq)

Nükleoplastika: Diskektomiyadan fərqli olaraq disk içində jel formasındakı nukleus xüsusi bir cihazla buxarlaşdırılır.Denervasiya xüsusi müayinə texnikaları yoldaşlığında radiofrekans cihazıyla istilik yaradılaraq ağrı edən sinirin və ya oynağın hissiyyatlaşdiririq, ağrının aradan qaldırılması əsasına söykənir.Müalicədə hansı üsulun seçilməsi ağrının hansı səbəbdən yaranmasından asılıdır!

Boyun ağrıları zamanı istifadə olunan idman hərəkətləri

Müəllif:  Dr.Bəhruz Eyvazov

https://behruzeyvazov.com

Facebook: https://www.facebook.com/dr.behruzeyvazov/

Instagram: https://www.instagram.com/neyrocerrah_behruzeyvazov/

Youtube: https://www.youtube.com/user/MrEybel

Əlaqə nömrəsi:  (+99450) 466-36-46 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır