Bel ağrıları zamanı idman hərəkətləri - Dr.Bəhruz Eyvazov
03 DEKABR
906

Bel ağrıları zamanı idman hərəkətləri - Dr.Bəhruz Eyvazov

Bel agrıların səbəblərində biri də bel lardozunun (əyriliyin)hamarlaşmasıdır.Bu da ən çox oturaq həyat tərzi sürənlər və bel əzələləri zəif olanlarda daha çox rast gəlinir.Bu səbəbdən bel agrıları olan xəstələrə bel əzələləri gücləndirən idman həkətləri faydalıdır.Bu hərəkətlər zamanı bel əzələlərin güclənməsi bel lardozunun(əyriliyin)bərpasina və yerli olaraq qan dovranın artmasına, əzələ gərginliyin getməsinə,onurganın üzərinə düşən yükün düzgün paylanmasına və bununlada agırlığın sümük qıgırdaq sisteminə düşməsinin azaldılmasına kömək edir.İdman hərəkətləri zamanı əzələlərin çox gərilməsindən qaçınmalıdır.Əks halda ağrıların artmasına səbəb olar.

Aşağıda bu hərəkətlərin bir neçəsini sizə təqdim edirik.Təqdim olunmuş videoda isə tamamilə bel ağrıları zamanı gərəkən idman hərəkətləri yerləşdirilmişdir.Ancaq ilk öncə bir nevroloq və ya neyrocərrah tərəfindən müayinə olunmanız yaxşı olar.

Tapşırıq 1

Bel əzələlərini gərilməsi və rahatlaşdırılması

Vəziyyət:

Ayaq və əlləriniz üzərində iməkləmə vəziyyətində durun.Belinizi qalça səviyyəsindən aşağı tutmamağa çalışın.Başınızı önə dogru baxaraq tutun arxa tərəfdə ayaqlar aralı şəkildə qalmalıdır.

Hərəkət:

Onurğanin təbii duruşunu pozmadan arxaya gedərək bədəni hərəkət etdirin.Bu vəziyyətdə bədəninizi gərin.

Bu hərəkəti 10 dəfə təkrarlayin.Diz oynaginda problem varsa diz oynagindan hedsiz bükülmədən qaçınmalı,Hər hərəkət zamanı onurğanın düzgün vəziyyətinə fikir verilməlidir.

Tapşırıq 2

Bu hərəkət bel əzələləri boşaldır və rahatladır

Vəziyyət:

Arxası üstə yatın və başınızın altına hündür olmayan yastiq qoyun.Dizlərinizi bükərəq bir birinə yaxən tutun ,bədənin yuxarı hissəsini isə rahat tutun.

Hərəkət:

Dizləri göstərilən vəziyyətdə tutduqdan sonra dizlər canaqla birgə sağa hərəkət etdirin lakin bu hərəkət zamanı kurək nahiyyəsinin yerlə təmasına fikir verin.Sağa hıırıkıt etdirdikdən sonra həmin vəziyyətdə 2-3 san saxlayin .Eyni hərəkəti sol tərəfə edin .Bu hərəkəti 10 dəfə təkrarlayın .Dizlərin arasına kiçik yastıq da qoymaq olar.

Tapşırıq 3

Onurğamızın hərəkətliliyini və gərilməsinə köməklik edir

Vəziyyət:

Üzü üstə uzanmış vəziyyətdə dirsəklərin bədənə yaxın saxlamaqla əllərinizlə dəstəklənərək başı önə tutmağa çalışaraq bədəninizi rahatlayiın

Hərəkət:

Başı önə tutaraq əlləriniz üstə bədənizi qarının ön qrup əzələlərin gərilməsini hiss edənə kimi qaldirin 4-5 san saxlayin və yenidən başlanğıc vəziyyətə gəlin.Bu hərəkət zamanı çanaq nahiyyəsi yerle temasda olmalıdır,Boyun isə arxaya bükülməməlidir.

Bu hərəkəti 10 dəfə təkrar edin

Tapşırıq 4

Dərin bel əzələlərin güclənməsinə köməklik edir.

Vəziyyət:

Arxası üstə uzanmış vəziyyətdə dizlər bükülür və canaq genişliyində biri birindən aralı tutulur.Başın altına kiçik yastıq qoyularaq çənə bir qədər sinəyı yaxınlaşdırılır.Bədənin üst hissəsi rahat tutulur.

Hərəkət:

1.Nəfəs verərkən qarnınızı yuxarı çəkin və 2-3 saniyyə saxlayin sonradan başlanğıc vəziyyətə gəlin.Bu hərəkəti 10 dəfə təkrarlayın.

2. Çanaq nahiyyəsini mümkün qədər yerdən qaldırmağa çalışın sonra 3-4 san. Saxlayın yenidən başlanğıc vəziyyəti alın. Bu hərəkəti 10 dəfə təkrarlayin.Əzələlərin çox gərilməsinə yol vermek olmaz.

Müəllif:  Dr.Bəhruz Eyvazov

https://behruzeyvazov.com

Facebook: https://www.facebook.com/dr.behruzeyvazov/

Instagram: https://www.instagram.com/neyrocerrah_behruzeyvazov/

Youtube: https://www.youtube.com/user/MrEybel

Əlaqə nömrəsi:  (+99450) 466-36-46

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır