Bu əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahib olur - Dr Rəşad Babayev
04 DEKABR
666

Bu əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahib olur - Dr Rəşad Babayev

Full Abdominoplastika – qarının aşağı hissəsində artıq dəri və piyin çəkilməsi, əzələlərin dartılması,ideal forma vermək məqsədilə icra edilən estetik əməliyyatdır. Hamiləlikdən sonra qarın dərisinin genəlməsi ilə yanaşı çəkinin itirilməsi qarının sallanmasına gətirib çıxarır.Belə olan halda isə bu üsuldan istifadə edilir. Digər faktorlar kimi hormonal və metabolik pozğunluqlar, alimentar piylənmə, qeyri – düzgün qidalanma ola bilər.

Əməliyyat zamanı artıq piy və dəri götürülür, əzələlərin vəziyyəti normallaşdırılır. Diastaz aradan qaldırılır.Əgər çəki normaldırsa, yastı qarın və nazik bel yaratmaq olur. Bu prosedur çox yaxşı nəticə verir. Qeyd edək ki, abdomenoplastika həm qadınlara, həm də kişilərə edilir.

Göstərişlər:
Göbək yırtığı
Qarnın ön divarının piy yastığı
Qarın ön divarının sallanması
Kəskin striyalar

Hər bir abdominoplastika fikirləşən pasiyent əsas bunu bilməlidir ki, abdomenoplastika əməliyyatı qarnı gərmək və bel nahiyəsinə ideal forma vermək üçündür. Əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahib olur.

Xəstəyə kosmetik tikişlərdən və sorulan saplardan istifadə olunduğu üçün tikişlər sökülmür.
Əməliyyatdan sonrakı dövrlərdə çapıq demək olar ki,qalmır.
Əməliyyatdan sonra 4-6 həftə ərzində karset geyinmək lazımdır.
Əməliyyatdan dərhal sonra hətta xəstə özü belə fərqi hiss edir.
7-10 günə aktiv iş həyatına qayıtmaq mümkündür.
Tam ideal nəticə əməliyyatdan 3 ay sonra alınır.

Müəllif: Dr Rəşad Babayev

https://www.facebook.com/doctorbabayev

https://plastikcerrahiyye.az

Əlaqə nömrəsi: (050) 333 30 10 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır