Qulaq Plastikası haqqında - Dr Rəşad Babayev
06 DEKABR
559

Qulaq Plastikası haqqında - Dr Rəşad Babayev

Otoplastika - Qulaq Plastikası qulaq seyvanının ölçüsü,yerləşməsi və formasında olan anadangəlmə və qazanılmış qüsurları bərpa etməyə imkan verir. Bu əməliyyatı icra edən həkim xəstəni fiziki nöqsanları ilə birgə psixoloji diskomfort hissindən də azad edir.Əməliyyatda əsas məqsəd qulaqlarda simmertiyanın yaradılması,üz quruluşuna uyğun formanın verilməsi dən ibarətdir.
Qulaq seyvanının formalaşması 5-6 yaşda başa çatdığından əməliyyatın bu yaşdan sonra edilməsi məsləhətdir. Ancaq uşaqların məktəb vaxtı psixoloji diskomfort yaşadığını nəzərə alaraq əməliyyatın məktəbəqədər yaşda aparılması məqsədə uyğundur.
Bəzən xanımlar qulaqlarındakı deformasiya ilə bağlı saçlarını toplamaqda ciddi kompleks yaşayırlar.Düzgün icra olunan otoplastika əməliyyatından sonra bu kompleksdən birdəfəlik azad ola bilərsiniz.
Əməliyyat yerli və ya ümumi anesteziya altında aparılır. Davam etmə müddəti təxminən 30-40 dəqiqədir.
Sarğı olmur.
Xəstə əməliyyatdan bir neçə saat sonra evə yazılır.
2-3 günə işə qayıtmaq mümkündür.

Müəllif: Dr Rəşad Babayev

https://www.facebook.com/doctorbabayev

https://plastikcerrahiyye.az

Əlaqə nömrəsi: (050) 333 30 10 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır