Sümük əriməsi ən çox qadınlarda yoxsa kişilərdə görülür? - Dr.Bəhruz Eyvazov
18 DEKABR 2018
484

Sümük əriməsi ən çox qadınlarda yoxsa kişilərdə görülür? - Dr.Bəhruz Eyvazov

Osteoporoz nədir?

Osteoporoz olduqca tez-tez rast gəlinən bir sümük xəstəliyidir. Osteoporoz sözü Latınca sümük mənasını verən "Os" və Yunanca dəlik mənasını verən "Poroz" cütlüyündən yaranır. Qısaca sümük əriməsi olaraq deyilir, əsas olaraq sümükdəki kalsium nisbətində azalma olur.

Azərbaycanda tez görülürmü?

Osteoporoz olduqca tez olaraq qarşılaşılan bir sümük xəstəliyidir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə (ölkəmizdə olduğu kimi) həyat müddətinin uzanması ilə osteoporoz əhəmiyyətli bir problem halına gəlmişdir. Ölkəmizdə daha əvvəllər çox danışılmırdı.Sümük əriməsi-osteoporoz son illərdə diqqətə çarpan olaraq bilinməyə və müalicə edilməyə başlanmışdır.

Gedərək artırmı?

Ortalama həyat müddəti ilə bağlıdır. Ölkəmizdə orta ömür artdıqca osteoporoz görülmə ehtimalı da artır. Ən çox qadınlarda və xüsusilə menopaoz sonrası görülür. Yağ toxuması çox olan qadınlarda daha az görülür.

Gələn xəstələrinin ən çox necə şikayətlərdə edirlər? Necə izah edirlər xəstəliyi?

Osteoporozu hiyləgər bir xəstəlik olaraq söyləmək daha doğru olacaq. Tam olaraq əlamət verməsi bəzən bir onurğa və ya omba qırığı ilə başlaya bilir. Əksəriyyətlə başqa bir səbəblə fiziki müalicə, ginekoloq, ortoped-travmatoloq və ya endokrinoloq həkimlərinə gələn xəstə, həkim tərəfindən xəbərdar edilərək sümük ərimə testinə istiqamətləndirilir. Test sonrasında müəyyən bir nisbətdə ərimə çıxarsa xəstə təqib və müalicəyə alınır.

Osteoparoz ən çox qadınlarda yoxsa kişilərdə görülür?

Dünyada sümük əriməsi nisbəti qadınlarda kişilərə nisbətlə daha çox görülür.Beləki bu nisbət 80%-ə qədər çıxır.Bu aşağıdakı faktorlardan asılıdır;

1-Sümük inkişafı əsnasında kişilərdə olan sümük kütləsi nisbətinin qadınlara görə daha çox olması,

2-Qadınların kişilərə görə daha uzun müddət yaşamaları,

3-Kişilik hormonu olaraq da bilinən testosteronun sümüklər üzərindəki qoruyuculuq təsiri,

4-Menopaoz dövründə sümük dağılmasının artması .

Osteoporozda sümüyün zərbələrə olan qarşı müqaviməti azalır. Yəni sadə düşmə, çarpmalarla qırıqlar meydana gələ bilər. Ümumiyyətlə 40-45'li yaşlardan sonra başlayır və yaşla birlikdə görülmə sıxlığı artır. Osteoporozu bir problem halına gətirən tərəfi qırıqla olan əlaqəsidir. Sümük əriməsinə bağlı yaranan qırıqlar adətən onurğa, omba və çiyin bölgələrində olmaqdadır.

Osteoporoz (Sümük əriməsi) üçün risk faktorları nələrdir?

Əvvəlcə bunu söyləmək lazımdır, hamımızda yaşla birlikdə osteoporoz meydana gəlir. Bəzi risk faktorları osteoporozun ciddi hala gəlməsinə səbəb olur.

Bu risk faktorlarının bir qismi dəyişdirmə imkanımızı olmadığı yaş, irq və genetik quruluş kimi faktorlardır.

Bir qismi isə dəyişdirilən bəslənmə tərzi, hərəkətsiz həyat və siqaret kimi faktorlardır. Uşaqlıq dövründə kafi kalsium alışı böyümə və inkişaf dövründə sağlam sümük inkişafı baxımından əhəmiyyətlidir.

İrəli yaşlarda da sümük kütləsinin qorunması baxımından da böyük əhəmiyyətə malikdir. Qeyri-kafi miqdarda alınan müxtəlif vitamin və minerallar (kalsium, maqnezium, sink, mis, fluor, vitamin C-K-A) və ya həddindən artıq miqdarda istehlak edilən zülal, natrium, kofein, spirt, siqaret kimi maddələr osteoporozun inkişafını sürətləndirir. Daimi edilən məşqlər (gediş, yüngül ağırlıqlar ilə qol sümüklərinin gücləndirilməsi) osteoporozu inkişafını zəiflədir.

  

Sümük eynilə arı pətəyini bənzər bir quruluşa malikdir, və başda kalsium olmaq üzrə bir çox mineralı saxlama xüsusiyyətinə vardır.Yediyimiz yeməklərdən aldığımız kalsium müəyyən bir yaş aralığına qədər (20-25 yaş) sümükləri gücləndirmə xüsusiyyətinə sahibdir.Ancak bu yaşdan sonra sümük istehsalı sümük əriməsindən az olduğu üçün sümüklər gücsüzləşməyə başlayır. 30'lu yaşlarda sümük kütləsi "Təpə sümük kütləsi" deyilən ən yüksək dəyərini alır.Bu yaşlarda çatdığımız Təpə sümük kütləsi və qocalanda başlayan sümük itkisinin sürəti fərdin sümük əriməsi riskini göstəricisidir.Bu məlumatlar kimin bu xəstəliyə tutulacağını göstərir, ancaq xəstəliyə tutulma riski bu vəziyyətlərdə artım göstərir;

1-Siqaret və spirt istehlakı,

2-Ailədə osteoparoz keçirmiş xəstənin olması (xüsusilə anada omba qırığı),

3-Oynaq narahatlıqları (xüsusilə iltihablı oynaq revmatizmi),

4-Kalsium və D vitamini əskikliyi,

5-Kişilərdə testesteron səviyyəsində azalma,

6-Hormonal xəstəliklər (Xüsusilə Paratiroid və Tiroid hormonları),

7-Astma xəstəliyinin olması,

8-Əqli gerilik,

9-Məşq və idman vərdişinin olmaması,

Bəhs etdiyimiz bu faktorlardan biri ya da daha çoxu fərddə tapılırsa osteoparoz xəstəliyinə tutulma riski çoxdur.

Osteoporozun əlamətləri hansılarlardır?

Edilən araşdırmalar göstərirki xəstəliyin başlanğıc mərhələsində fərddə heç bir şikayət görülmür.Ancak xəstəlik irəlilədikcə;

- Kürək ağrısı (Onurğa sümüklərində sümük əriməsinin irəliləməsi səbəbiylə inkişaf edir.)

- Bel ağrısı.

- Boyun ağrısı.

- Boy qısalması.

- Önə əyik və donqar bədən şəkli.

- Əl biləyi, omba və onurğa kimi sümüklərdə qırıqlar. Çox irəli dərəcədə sümük əriməsi varlığında gözlənilməz sadə travmalarla belə qırıqların meydana gəldiyi görülür.

- Çox irəliləmiş osteoporoz xəstələrində sümük ağrıları və sümüklərdə həssaslıq meydana gələ bilər.

- Onurğa və digər sümüklərdəki qırıqlara bağlı bədəndə şəkil pozğunluqları meydana gələ bilər.

- Ağrı və qırıqlara görə xəstə gedərək harəkətsizləşir.

Sümük əriməsi (osteoporoz) yalnız qadınlarda deyil kişilərdə də rast gəlir.

 

 

Sümük əriməsi (Osteoporoz) diaqnozu necə qoyulur?

Osteoporozun diaqnozu sümük mineral sıxlığı ölçü cihazı ilə həyata keçirilir. Qısa sürən ağrısız bir ölçümdür. Sümük mineral sıxlığı nəticəsində normal sümük, aşağı sümük sıxlığı (osteopeniya) və osteoporoz diaqnozları qoyula bilər. Sümük mineral sıxlığı nə qədər zəifdirsə, qırıq riskinin o qədər yüksək olduğu qəbul edilir.

Osteoporozdan (Sümük əriməsi) qorunma yolları nələrdir?

Osteoporozdan qorunma uşaqlıq illərində başlayır və ömür boyu davam edər.

Qorunma; kafi səviyyədə kalsium alışı, nizamlı məşq, qadınlarda kafi estrogen hormonu və kişilərdə isə kafi testosteron hormon səviyyələrinin təmin edilməsini əhatə edir. Uşaqlıq və gənclik dövrlərində güclü sümüklərin yaradılması, irəli yaşlarda osteoporoz inkişafından qorunmaq üçün əhəmiyyətlidir. Daimi fiziki fəaliyyət, məsələn yerimək sümük qüvvətini artırır.

Qadınlarda daha çox olmaq üzrə qırxlı yaşlardan etibarən sümük itkisi başlayır. Xroniki xəstəliyi olan, sümük itkisini artırıcı dərman istifadə edən və ya digər risk faktorlarına sahib xəstələrdə daha erkən yaşlarda başlaya və sürətli inkişaf edə bilər. Menopaoz sonrası ilk bir neçə il zərərin ən çox olduğu illərdir. Qırx-qırkbeş yaşını keçmiş insanlar üçün kalsium (1200mg / gün) və D vitamininin (400-800 IU / gün) gündəlik alışı böyük əhəmiyyət daşıyır. Ayrıca fiziki olaraq aktiv qalma, əzələlərin qüvvətli tutulması, oynaqların elastikliyi sümük qüvvəti baxımından əhəmiyyətlidir.

Qida ilə alına bilən kalsium və D vitamini qaynaqları hansılardır?

Süd məhsullarının yanında yaşıl yarpaqlı tərəvəzlərdə də kalsium var. Gündəlik ehtiyac üçün təklif; 1 stəkan süd, 1 kasa qatıq, 1 dilim pendir və bir qab yaşıl yarpaqlı tərəvəzdir.

Tərkibi yüksək miqdarda oksalat (ispanaq, çuğundur kimi) və Fitat (paxla, bəzi paxla və taxıllar) olan qidaları eyni anda alınması kalsium sorulmasını pozur. D vitamini normal gün işığına məruz qalma nəticəsində dəridə sintez olunur. Gündə 15 dəqiqə yalnız üz bölgəsinin belə günəş işığına məruz qalması bədənin kafi D vitamini meydana gətirmə və depolaması üçün kifayətdir. Dəri tərəfindən D vitamini istehsalı yaşla birlikdə azalır.

Müalicə üsulları hansılardır?

Osteoporoz təkcə dərman istifadə edilərək müalicə olunan bir xəstəlik deyil, Həyat formasında ciddi dəyişikliklər etmək lazımdır. Bunların başında;

-Məşq, fiziki fəaliyyət, idman edilməli,

-Balanslı və xəstəliyə uyğun qidalanma (Xüsusilə Kalsium baxımından zəngin qidalar),

-D Vitamini qəbuluna diqqət göstərilməli və əgər lazım olsa dərmanlarla möhkəmlətmə edilməli,

-Gün Işığında 15-20 dəqiqə qalınmalı,

Bəhs etdiyimiz müalicə üsullarının bəzi hallarda uzun müddət davam etdirilmək lazımdır.Buna görə müalicə müddətində səbirli olunmalı və tətbiq olunan müalicənin nəticələri gözlənilməlidir.

Müəllif:  Dr.Bəhruz Eyvazov

https://behruzeyvazov.com

Facebook: https://www.facebook.com/dr.behruzeyvazov/

Instagram: https://www.instagram.com/neyrocerrah_behruzeyvazov/

Youtube: https://www.youtube.com/user/MrEybel

Əlaqə nömrəsi:  (+99450) 466-36-46 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır