Bu qan qrupu olan insanlarda MƏDƏ-BAĞIRSAQ xəstəlikləri tez-tez olur
21 DEKABR 2018
486

Bu qan qrupu olan insanlarda MƏDƏ-BAĞIRSAQ xəstəlikləri tez-tez olur

Elmi araşdırmalar göstərib ki, bəzi xəstəliklərin riski müxtəlif qan qruplarına aid olan insanlarda daha çox olur.

Belə ki, belə hesab olunur ki, 1(0) qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə (xüsusilə mədə və 12 barmaq bağırsağı xorasına) daha tez-tez rast gəlinir.

1-ci qan qrupunun digər qan qruplarından olan fərqi ondan ibarətdir ki, bu qrupun qan hüceyrələrinin üzərində (qişalarında) xüsusi maddələr - aqqlütinogenlər (onları A və B aqqlütinogenlər adlandırırlar) yoxdur. Məhz bu səbəbdən 1-ci qan qrupu 1(0) kimi işarə olunur, yəni aqqlütinogenlər yoxdur - 0. Məsələn, 2-ci qan qrupu 2(A), 3-cü qan qrupu 3(B), 4-cü isə 4(AB) işarə olunur. Möhtərizədə aqqlütinogenlərin növü göstərilir.

1-ci qan qrupuna aid olan insanlarda tək qan hüceyrələrinin üzərində deyil, selikli qişalarında da (o cümlədən, mədə-bağırsaq sistemi selikli qişalarında) aqqlütinogenlər yoxdur.

Bu aqqlütinogenlər müdafiə funksiyasını yerinə yetirir. Aqqlütinogenlər olmadıqda müdafiə zəifləyir və nəticədə selikli qişalar (xüsusilə mədə-bağırsaq sisteminin selikli qişaları) mənfi təsirlərə qarşı daha davamsız olur ki, mədə-bağırsaq sistemində müxtəlif xəstəliklərin (qastrit, xora xəstəlikləri, kolit) inkişafı riski artır.

1-ci qan qrupu olan insanlar bunu bilməli və daim mədə-bağırsaq sistemi xəstəliklərinin profilaktik qaydalarına əməl etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır