Təbii, yoxsa süni yolka: hansı daha təhlükəsizdir?
22 DEKABR 2018
273

Təbii, yoxsa süni yolka: hansı daha təhlükəsizdir?

Yeni il yaxınlaşır. Artıq indidən evlərdə küknar ağacları bəzədilib. Bir çoxları süni küknar ağaclarına üstünlük versələr də, evdə təbii küknar ağacı bəzəməyə üstünlük verənlər də var.  
Bəs görəsən evdə təbii və ya süni ağacın olmasının ekoloji cəhətdən bir həmiyyəti varmı? 
Canlı küknar ağacı
Canlı ağac evin havasında olan karbon qazını tutub özündə saxlayır. Belə ki, təxminən 2 m hündürlüyü olan bir iynəyarpaqlı ağac 10 kq-a qədər karbon qazı udmaq qabiliyyətinə malikdir. Təbii ağacların başqa xüsusiyyətləri də var. Belə ki, allergiyası olan insanlar evdə yaxşı olardı ki, calı küknar ağacı saxlamasınlar. Bu, güclü allergik şoka səbəb ola bilər. 
Süni küknar ağacı
Süni ağaclar sintetik polivinikxlorid maddəsindən və metaldan hazırlanır. Bu cür küknar ağaclarının tərkibində hətta qurğuşun maddəsi də mövcuddur ki, onun artıq miqdari insana toksik təsir göstərir.  
Həmçinin də toza və kif göbələyinə allergiyası olan insanlar da ehtiyatlı olmalıdırlar. 
Medicina
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır