Tıxanmış damarları təmizləyən qarışım
24 DEKABR 2018
383

Tıxanmış damarları təmizləyən qarışım

Zəncəfilin faydası saymaqla bitməz - iltihabları azaldır, arıqladır, immun sistemini gücləndirir, virus, göbələk və mikrob əleyhinə təsir edir.

Həmçinin zəncəfil ürək-damar sistemi üçün də çox faydalıdır.

Tibb.fins.az xəbər verir ki, Rusiyalı həkim-fitoterapevt Lidiya Bazlova kp.ru-ya müsahibədə damaraların sağlamlığını yaxşılaşdıran resept təqdim edib. Bu qarışıq damarları təmizləyir, damarlarda iltihabları azaldır.

Tərkib:

- 200 qr zəncəfil

- 2 iri limon

- 100 qr təbii bal

Hazırlanması:

Zəncəfili təmizləyin, limonu yaxşı yuyun. Zəncəfili və limonu (qabıqlı) blenderdən keçirin, bal əlavə edin, yaxşı qarışdırın. 1 həftə soyuducuda saxlayın. 1 həftədən sonra qarışığı qəbul etmək olar. 1 x.q. qarışığı 1 stəkan suda həll edin və səhər yeməkdən əvvəl için.

Bu qarışıq həmçinin mübadilə proseslərini yaxşılaşdırır, arıqlamağa yardım edir.

©Saglamolun.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır