Evli cütlüklər arasında ən böyük problem nədir? - Psixiatr Azər Bağırov
24 DEKABR 2018
225

Evli cütlüklər arasında ən böyük problem nədir? - Psixiatr Azər Bağırov

Cütlük münasibətlərində problemlərin ən vacib səbəblərindən biri ünsiyyət qura bilməməkdir;

müzakirə üsulsuzluğu;
qarşı tərəfin sözünü kəsmək;
qarşı tərəfə cavab haqqı verməmək;
ciddi ünsiyyət problemi yaradar.

Ümumilikdə bu vəziyyət davamlı hal aldığı zaman, cütlüklərin sevgi və şəfqət münasibətlərinə dərin zərər yetirir.

Effektiv ünsiyyət – mesajı, qarşı tərəfə sadəcə göndərdiyiniz zaman deyil, əks tərəfin bunu qəbul etdiyi və anladığı zaman baş verir. Mübahisəli məsələlərdən söhbət edərkən, tərəflərin bir-birini ittiham etməsi ən sıx görülən haldır.

Günahlandırıcı ünsiyyət - istifadə etmək və ya qarşı tərəfi sonuna qədər dinləmədən özünü müdafiəyə keçmək ünsiyyət pozğunluğuna səbəb əsas amillərdir.

Saxtakarlıq - hər hansı situasiyaya uyğun cavab olaraq qarşı tərəfə "xeyr" dediyiniz zaman əslində "bəli" demək istədiyinizi hiss etmisinizmi? Tənqid olunmaqdan və ya rədd edilməkdən çəkindiyiniz üçün "bilmirəm" deyərək doğru fikrinizi gizlətdiyiniz olubmu?

Uyğunlaşmama – cütlüklər sözləri istifadə etmədən mimikalar vasitəsilə bir-biri ilə ünsiyyət qururlar. Buna görə də bir-birlərinə qarışıq mesajlar göndərirlər, bu hal, onları mübahisə etməyə və bir-birlərinə qarşı səs tonlarını qaldırmağa səbəb olur. Gözləri bərəltmək, dodaqları büzmək və çiyinləri sarsıtmaq, qarşı tərəfə xoşagəlməz mesajlar verir.

Kobudluq – kobud hərəkətlər, ifadələr, davranış tərzi üstünlük təşkil edər.

dır-dır etmə
tərəflərin bir birinə incidici söz atmaları
aşırı məsləhət və ağıl vermə
dinləmə əskikliyi
dəstək olmama
anlayış göstərməmə
kimi problemlər yüksək faizlə ünsiyyət probleminə yol açar.

Terapiya üçün gələn cütlüklərdə öncəliklə onlarla birlikdə yaşanan problemlərin təməlinə vararaq baş verənlərin əsas mənbəyi və səbəblərini araşdırırıq. Daha sonra psixoloji cəhətdən tərəflərin şəxsiyyət və xarakterlərinə özəl problemlərin həll yollarını aşkar edərək, psixoloji terapiyalarımız əsnasında bu halların aradan qaldırılmasını həyata keçiririk.

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır