Sizdə bu əlamətlər varsa, bel yırtığı probleminizin olma ehtimalı yüksəkdir - Dr.Bəhruz Eyvazov
24 DEKABR 2018
584

Sizdə bu əlamətlər varsa, bel yırtığı probleminizin olma ehtimalı yüksəkdir - Dr.Bəhruz Eyvazov

Səhv hərəkət sonrası, uzun müddət ayaqda durduqda və ya beli həddən artıq yüklədikdə, ya da hamiləlik dövründə başlayan bel ağrılarınız varsa bel yırtığı probleminizin olma ehtimalı yüksəkdir.

Əsas əlamət belinizdəki ağrıdır;

-Birdən ortaya çıxsa və ya üç aydan qısa davamlı isə, istirahət halında ikən rahat, ancaq hərəkət etməyə başladığınızda ağrı ortaya çıxıb və dayanıb istirahət etdiyinizdə keçirsə,
- Belinizdəki ağrı bel-ombadan aşağıya dizə doğru yayılır hətta bəzən topuğunuza qədər enirsə
- Adətən ağrı tək, bəzən iki ayağa doğru vurursa.

Əgər yuxarıda sadalanan problemləri yaşayırsınızsa mütləq şəkildə müayinədən keçin. Çünki bel yırtığı çox irəliləsə; düşək ayaq, iqtidarsızlıq, əzələlərdə gücsüzlük ilə tez yorulma, sidiyini tuta bilməmə, müvazinət pozğunluğu ortaya çıxa bilər.

Müəllif:  Dr.Bəhruz Eyvazov

https://behruzeyvazov.com

Facebook: https://www.facebook.com/dr.behruzeyvazov/

Instagram: https://www.instagram.com/neyrocerrah_behruzeyvazov/

Youtube: https://www.youtube.com/user/MrEybel

Əlaqə nömrəsi:  (+99450) 466-36-46 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır