Alında çıxan sızanaq nədən xəbər verir? Bəs yanaqda? - Xəstəliyini özün müəyyən et
25 DEKABR 2018
335

Alında çıxan sızanaq nədən xəbər verir? Bəs yanaqda? - Xəstəliyini özün müəyyən et

Üzümüzün fərqli hissələrində yaranan sızanaqlar bir sıra xəstəliklərin əlaməti ola bilər. Belə ki, mütəxəssislər sızanaqların üzdə yerləşmə mövqeyinə görə xəstəlikləri təyin etməyin mümkün olduğunu deyir. 
Tibb.fins.az üzdə yaranan sızanaqların hansı xəstəliklərin xəbərçisi olmasını açıqlayır:
1. Alın hissə 
Alında sızanaq çıxması tez-tez rast gəlinən bir hal olsa da ciddi xəstəliklərdən xəbər verir. Belə ki, alında çıxan sızanaqlar stress, yuxusuzluq kimi əlamətlərə səbəb olan qaraciyər, həzm sistemi xəstəliklərindən xəbər verir. 
2. Çənə
Çənə hissədə olan sızanaqlar hormonal disbalansın göztəricisidir. 
3.Üzün kənarları 
Aparılan araşdırmaya görə, üzün kənarlarında yaranan sızanaqlar hormonal pozuntu səbəbindən yaranır. İstifadə etdiyiniz kremlər də yaranmasına səbəb ola bilər. Bu zaman kosmetik vasitələrinizi və kremlərinizi dəyişdirməkdə fayda var. 
4. Yanaqlar 
Yanaqlarda olan sızanaqların ən böyük səbəbi gündəlik istifadə edilən şəkər miqdarıdır. Bundan əlavə, bəzi nəfəs yolları xəstəlikləri  və ağciyər problemləri də səbəb ola bilər.  
5. Qaşların arası  
Qaşların arasında yaranan sızanaqlar qaraciyərdə meydana gələn bir sıra sağlamlıq problemlərinin göstəricisi hesab edilir. 
6. Burun və üst dodaq kənarları
Bunun səbəbi çox miqdarda tünd ədviyyatlardan istifadə olunmasıdır. Üst dodaqlarda yaranan sızanaqlar çox ciddi ürək və qaraciyər problemlərinin xəbərçisi ola bilər. 
©Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır