Böyrək daşlarından xilas olmağın ən asan yolu - Dr. Araz Bayramov
26 DEKABR 2018
304

Böyrək daşlarından xilas olmağın ən asan yolu - Dr. Araz Bayramov

Uroloq Araz Bayramov: “Hətta hər iki böyrək daşlarını eyni anda bu üsulla xaric edə bilirik”

“Böyrək daşlarından vaxtında azad olmayan xəstələr sonradan daha ağır fəsadlarla üz-üzə qala və hətta böyrəyini itirə bilərlər”.

Bu sözləri Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-cərrah Dr.Araz Bayramov söyləyib.

Onun sözlərinə görə, vaxtında aşkar edilərsə, böyrək daşlarından endoskopik üsulla heç bir ağrı, fəsad olmadan azad olmaq olar:

“Endoskopik müalicənin daha bir üstünlüyü xəstənin əməliyyat olunan günü evə buraxılmasıdır. Üç günə isə xəstə əmək fəaliyyətini tam bərpa edə bilir”.

Dr. Araz Bayramov qeyd etdi ki, ambulator şəraitdə, yəni xəstənin böyrək daşlarından azad edilərək, əməliyyat olunan gün evə buraxılması müasir urologiyanın əldə etdiyi ən son uğurlardandır:

“Qabaqlar bu əməliyyatlar açıq üsulla, bütün bel əzələləri kəsilərək, sinirləri zədələməklə həyata keçirilirdisə, hazırda bu proses heç bir kəsik olmadan icra olunur. Təbii yolla qalxaraq holmium-lazerlə kontakt şəkildə daşı parçalayırıq və bu zaman böyrək toxumasına toxunulmur”.

A.Bayramov bildirdi ki, 8 sm-lik mərcanvari böyrək daşlarını beldən dəliklə daxil olaraq tam təmizlənməsi sadə əməliyyatlar sırasındadır: “Hətta hər iki böyrək daşlarını eyni anda bu üsulla xaric edə bilirik”.

Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb və Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Fransada çalışdığı 2005-2010-cu illərdə uroloji-androloji cərrahiyyə üzrə uzmanlıq diplomu ilə yanaşı laparoskopik cərrahiyyə, androloji cərrahiyyə, mikrocərrahiyyə, robotik cərrahiyyə üzrə praktik və nəzəri sınaqlar üzrə diplomlara layiq görülüb.

Böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib. Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib və 2013-cü ildə Serbiyanın Belqrad şəhərində Avropa Uroloqlar Cəmiyyətinin Şərq toplantısında uğurla təqdim edib. 

Müəllif: Dr. Araz Bayramov

http://www.draraz.com/

https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov/

Fransa təhsilli Uroloq AndroloqDr. Araz Bayramovla görüş götürmək üçün:

Əlaqənömrəsi: (+99455) 255-55-45

Whatsapp : (+99450) 234 55 60

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır