Böyrək köçürülməsində qan qrupu uyğunluğu önəmlimidir? - Dr.Tariyel Nadirov
28 DEKABR 2018
916

Böyrək köçürülməsində qan qrupu uyğunluğu önəmlimidir? - Dr.Tariyel Nadirov

Böyrək transplantasiyası üçün tələb olunan prosedurlar qan köçürülməsi zamanı olan tələblərlə demək olar ki, eynidir. İnsanlarda 4 tip qan qrupuna rast gəlmək olar: 1, 2, 3, və 4. 
Insanlarda rezus faktoru həm müsbət, həm mənfi ola bilər. Böyrək köçürülməsində rezus faktorunun heç bir əhəmiyyəti yoxdur. Yəni həm müsbət, həm mənfi rezuslu insanlar bir-birlərinə orqan bağışlaya bilərlər.
1-ci qan qrupuna aid olan xəstələr sadəcə 1-ci qan qrupu olan donorlardan donor orqan ala bilərlər. 2-ci qrup xəstələr, 1-ci qrup və ya 2-ci qan qrupu olan donorlardan orqan ala bilər. 3-cü qan qrupu olan xəstələr 1-ci və 3-cü qan qrupu olan donorlardan orqan ala bilər. 4-cü qan qrupu olan xəstələr, hər hansı bir qan qrupu olan vericidən donor orqan ala bilər.

Facebook: Dr Tariyel Nadirov

Əlaqə: (050) 358 25 35
Bakı,Parlament pr. 76, AZ1006 (Mərkəzi Klinika)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır