Qəbizliyə hansı amillər səbəb ola bilər? - Dr.Anar Əliyev
28 DEKABR 2018
1790

Qəbizliyə hansı amillər səbəb ola bilər? - Dr.Anar Əliyev

Qəbizlik - defekasiya aktının 48 saatdan çox olmaması və çətinliklə baş verməsi, eləcə də bağırsağın müntəzəm olaraq tam boşalmamasıdır. Qidanın insan bədənində keçdiyi yola orta hesabla 24-48 saat sərf olunur. Xronik qəbizliyi olan şəxslərdə isə bu prosses 60, bəzən 120 saat (yəni 5 sutka) davam edir. Qəbizliyə müxtəlif amillər səbəb ola bilər:
- Qida rejiminin dəyişməsi 9məslən turist səfərləri zamanı).
- Hamiləlik.
- Müəyyən qida məhsullarından (çay, kakao, tərkibində bitki lifləri az miqdarda olan qida) istifadəsi.
- Emosional amillər (stress, depresiya).
- Bəzi dərman preparatlarının qəbulu, qəbizlik zamanı iştahın zəifləməsi, gəyirmə, ağızda xoşagəlməz dad, başağrıları, əzələlərdə ağrı, əsəbilik yarana bilər. Dəri avazımış bəzən sarımtıl rəngli, elastikliyini itirmiş olur.

Qalxanabənzər vəzi funksiyasının aşağı olması ilə bağlı qəbizliklər bədən çəkisinin artması ilə bağlı qəbizliklər bədən çəkisinin artması ilə müşayət olunur.
Qəbizlik əgər ishal ilə növbələşirsə, mütləq müayinə olunmalı və düz bağırsaqda polip və ya şiş olub-olmaması dəqiqləşdirilməlidir. Qeyd etmək lazımdır ki, belə növbələşmə diabet və ya qıcıqlanmış bağırsaq sindromunda da müşahidə olunur.
Artıq çəkidən azad olmaq məqsədilə düzgün tutulmayan pəhrizdə qəbizliyə səbəb ola bilər. 
Qəbizliyin müalicəsi yırtıqların boğulmasının düz bağırsağın iltihabının, babasil xəstəliyinin qarşısını ala bilir.


Əlaqə: 050 311 00 18

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır