Bir günde 5 ve daha artiq müxtelif derman yeyənlərdə hansı fəsadlar yaranır - Dr. Vuqar Fəttah-Pur
24 DEKABR 2018
1179

Bir günde 5 ve daha artiq müxtelif derman yeyənlərdə hansı fəsadlar yaranır - Dr. Vuqar Fəttah-Pur

Bir günde 5 ve daha artiq müxtelif derman istifade edilirse, buna polifarmasiya ve ya polipraqmaziya deyilir. Esasen yaşlilarda artan xesteliklerle bağli bele hallar tez-tez rast gelinir. Müasir klinik protokollarla çalişan hekim mütexessislere müraciet etdikde ise derman "yemək" ekser vaxt azalir. Daha az mebleğ ve derman istifadesi ile daha uğurlu netice qazanmaq mümkün olur. Dermanlar farmakokinetik ve farmakodinamikyolda tez-tez çarpazlaşir. Neticede bir-birilerinin tesirlerini güclendire ve ya azalda bilir ve ya başqa yan tesirler de göstere bilir. Meselen: şekerli diabeti olan xestelerde yüksek şeker fonunda bağirsaqda parez çox rast gelinir. Eger bu xestede ayaqda yara varsa, o mikrob "eritromisin"e hessasdirsa, biz bu antibiotikle hem mikrobu öldüre, hem de bağirsaq aktivliyini artira bilerik. Başqa bir misal: arterial tezyiqi yüksek xestede podaqra da varsa, tezyiqi endirmek üçün "lozartan" teyin etmekle hem de sidik turşusu aşaği salina biler. Belelikle, maksimum az derman kombinasiyasi ile effektiv netice elde etmek olar. Başqa bir misal: günde 50 tesir vahidi insulin alan xeste, maksimum fiziki aktivliye mecbur edilerse, belke de dozani 2 defe azaltmaq olar. Ayaq üstde qaldiqda ayaqlar şişirse, çox gezdikde, baldir nasos ezeleleri bükülüb açildiqca bu şişkinliyi dermansiz azalda bilerik. Ona göre 1-ci özümüzden başlamaliyiq, diyeta ve fiziki aktivlikle !

Müəllif:  Dr. Vuqar Fəttah-Pur

www. http://fattahpur.com

Sosial: https://www.facebook.com/fattahpur/

https://www.instagram.com/dr_fattahpur

Əlaqə nömrəsi: +99455 302 01 11  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır