Bağırsaq düyünlənməsinin əlamətləri - Op.Dr.Agil Abilov
03 YANVAR
971

Bağırsaq düyünlənməsinin əlamətləri - Op.Dr.Agil Abilov

Kolik ağrı: invaginasiyalı xəstələrdəki ən əhəmiyyətli əlamət qarında ağrıdır. Bu əlamət 80% hallarda rast gəlinir. Ağrının tipik xüsusiyyəti kolik tipli (qıcolma kimi) olmasıdır. Kolik tipli ağrı, adətən, 2-3 dəqiqə sürür. Bu dövrdə uşaq narahat olur, ağlayır, ayaqlarını qarnına doğru yığır və spazm keçdikdən sonar rahatlayır. Bu ağrılar 20-30 dəqiqəlik fasilələrlə təkrarlanır.

Qusma: invaginasiya hallarında başlanğıcda reflektor qusma rast gəlinə bilər, lakin, mədə boşaldıqdan sonra, adətən, təkrar olunmur. Diaqnoz gecikdirilərsə, gecikmiş dövrlərdə bağırsaq keçməməzliyi ilə əlaqədar ödqarışıq qusma müşahidə edilə bilər.

Qanlı nəcis: invaginasiya hallarında ən çox rast gəlinən əlamətlərdən biri də çiyələk jelesi adlandırılan rektal qanaxmadır. Selikli qişaaltı qanaxma, selik və ifrazat bu cür görünüş formalaşdırır və invaginasiyanın ən əhəmiyyətli əlamətlərindən biri hesab edilir. Xəstələrdə invaginasiyanın ilk mərhələlərində nəcis ifrazı normal ola bilər.

Əlaqə:+994507341414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır