Uşaqlarda hiperaktiv sidik kisəsi - Op.Dr.Agil Abilov
04 YANVAR
410

Uşaqlarda hiperaktiv sidik kisəsi - Op.Dr.Agil Abilov

Uşaqlarda işeme aktının pozulmasının ən çox təsadüf olunan forması tormozlanmayan sidik kisəsidir.Bu patologiya məhvumu altında sidiklikliyin neyrohumoral tənzimlənməsinin təkmin olmamağı hesabına sidiklikliyin dolma fazasında və hiperreflüksiyasında detruzorun yığılmasının tormozlanmaması və tonusun yüksəlməsi başa düşülür. Bu xəstəlik zamanı uşaqlarda bütün yaşlarda xarakterik şikayət sidik buraxma aktının pozulmasıdır. Məlum olduğu kimi uşaqlarda sidik buraxma aktının tam formalaşması 4-5 yaşında başa çatır. Artıq bu yaşda uşaq sidik buraxmanı, sidiklikliyin həcminə uyğun dolmaya çağırışa (istəyə) görə həyata keçirir. Bu zaman sidik buraxmada heç bir pozğunluq olmur və idarə olunan olur. Başqa sözlə hətta sidik ifrazına istək olmasa belə uşaq sidik ifraz edə bilər. Bununla belə bəzən uşağın valideynləri onlarda erkən yaşlarında sidik buraxma aktının pozulmalarını qeyd edirlər. Çox təəssüflər olsun ki, bütün yaşlarda sidik buraxma aktının pozulması məsələsinə poliklinika şəraitində hətta həkimlər tərəfindən də fikir verilmir.

Əlaqə:+994507341414

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır