Kİmlər Lazer əməliyyatı oluna bilməz? - OP. DR. ANAR ABDULLAYEV
04 YANVAR
485

Kİmlər Lazer əməliyyatı oluna bilməz? - OP. DR. ANAR ABDULLAYEV

Lazer əməliyyatı eksimer lazer cihazı vasitəsilə miopiya, hipermetropiya və astiqmatizm kimi kornea qırma qüsurlarını düzəldərək aydın görməni təmin edən bir əməliyyat olaraq bugün dünyada çox geniş tətbiq olunur.

Göz xəstəliklərinin müalicəsində lazer texnologiyasından uzun illərdir istifadə olunur. Müxtəlif göz xəstəlikləri üçün müxtəlif lazer texnologiyaları tətbiq olunur.

El içində “lazerlə eynəkdən azad olma” əməliyyatı kimi bilinən əməliyyatlar eksimer lazerin yardımı ilə icra olunur.

Kimlər Lazer əməliyyatı oluna bilər?

  • 18 yaşı tamam olmuş
  • Kornea qalınlığı kifayət qədər olan
  • -10 dərəcəyə qədər miopiya
  • +6 dərəcəyə qədər hipermetropiya
  • ±6 dərəcəyə qədər astiqmatizm
  • Son bir ildə göz nömrələri 0.50 dən çox dəyişməmiş
  • Müayinələrdən sonra gözü lazerə uyğun olan hər bir şəxs lazer əməliyyatı oluna bilərlər.

Kİmlər Lazer əməliyyatı oluna bilməz?

  • Hamilələr
  • Körpə əmizdirən qadınlar
  • Keratokonus xəstələri
  • Göz təzyiqi və kataraktası olanlar
  • Müəyyən sistemik xəstəliyi olan şəxslərə lazer cərrahiyyəsi icra olunmur.

Lazer Müayinəsi:

Eksimer lazer üçün gözlərinizin uyğun olub olmamasını həkiminiz təyin edəcəkdir. Bu isə tam göz müayinəsi və müəyyən testlərin nəticəsində bəlli olur. Əməliyyat öncəsi nə qədər dəqiq və detallı müayinə icra olunursa, əməliyyat sonrası da bir o qədər aydın və keyfiyyətli görmə əldə olunur. Lazer cərrahiyəsi tətbiq olunacaq bütün xəstələrimizə bu müayinələr standart olaraq icra olunur.

Müəllif: Dr Anar Abdullayev

www.Anarabdullayev.az

Facebook: https://www.facebook.com/dr.anarabdullayev

Instagram: https://www.instagram.com/anarabdulla_dr/

Ünvan: Spero (Dobromed) Hospital, 20 Yanvar küç.1 B

Əlaqə nömrəsi:  (+99470) 249-91-00 (+99455) 256-50-40 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır