Silkelenmish körpə sindromu nədir? - Dr.Bəhruz Eyvazov
07 YANVAR
825

Silkelenmish körpə sindromu nədir? - Dr.Bəhruz Eyvazov

Shaken Baby Syndrome - Ciddi beyin travmalarından ölümə qədər uzanan sarsıdılmış körpə sindromu, uşağın zorakılıqla sarsılması ilə meydana gəlir. Sarsılan körpə sindromu, beyinə qan sızması, beynində şişme-ödem, gözdə qanaxma və ölüm kimi ciddi nəticələrə səbəb ola bilər.
Sadə açıqlamaq lazım olsa sarsılan körpə sindromu, uşağın zorakılığa məruz qalması nəticəsində yaranır. Bir körpəni kim şiddətlə sarsıdır, deyə düşünülsə də, sarsılan körpə sindromuna olduqca tez-tez rast gəlinir. 
Körpələrin boyun əzələləri zəifdir. Bu səbəbdən zədə görməyə meyllidir. Əgər körpə ciddi silkələnsə, həssas beyni kəllə sümüyünün içində irəli-geri yırğalanaraq şişməyə və qan sızmağa yol aça bilər.
Sarsılan körpə sindromuna doğumdan sonrakı ilk 6 ayda daha tez-tez rast gəlinir.
Uşaqlar hər zaman istismar nəticəsində sarsılmış körpə sindromuna tutulmur. Hər nə qədər əylənir kimi görünsə də uşağınızı havaya atıb tutmaq da sarsılmış körpə sindromuna səbəb ola bilər. Sarsılan körpə sindromu əsasən 2 yaş altındakı uşaqlarda görülməklə birlikdə 5 yaşlı uşaqlarda belə görünə bilər.
Sarsılan körpə sindromunda hər zaman fiziki istismar tapıntıları olmaya bilər. Həkimlərin göz müayinəsi etməsi və ya rentgen çəkməsi ilə tapıntılar görülə bilər. 
Sarsılan körpə sindromunu;
Orqanizmdə titrəmələr,ayıq-sayıq olmaqda çətinlik çəkmə,
qusma,dəri rəngində pozğunluq,tənəffüsün çətinləşməsi,qıcolma tutmaları,koma,iflic,görmə itkisi kimi əlamətlərlə müəyyən edə bilərsiniz.
Həkimlər sarsılan körpə sindromunu müəyyən etmək üçün adətən 3 vəziyyəti araşdırırlar. Bunlar; Beyində şişmə, (ödem) beyində qanaxma (subdural hematoma) və gözde tor qişa adı verilən hissədə qanaxma (retinal qanaxma) - dır.
Araşdırmalar sarsılmış körpə sindromuna məruz qalmış körpələrin, 3-də birinin öldüyü, 3-də birinin ağır nevroloji problemlərlə əlil olaraq həyatına davam etdiyi, 3-də birinin isə yüngül bir şəkildə bir ziyan olmadan həyatına davam etdiyini göstərir.

Müəllif:  Dr.Bəhruz Eyvazov

https://behruzeyvazov.com

Facebook: https://www.facebook.com/dr.behruzeyvazov/

Instagram: https://www.instagram.com/neyrocerrah_behruzeyvazov/

Youtube: https://www.youtube.com/user/MrEybel

Əlaqə nömrəsi:  (+99450) 466-36-46 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır