Bu tipli plastika əməliyyatları kimlərə icra olunur - Dr. Rəşad Babayev
08 YANVAR
755

Bu tipli plastika əməliyyatları kimlərə icra olunur - Dr. Rəşad Babayev

Bu tipli abdominoplastika daha da kiçik kəsiklə icra olunan əməliyyatdır.
Mini abdominoplastika kimlərə göstərişdir.
-qarnın ön divarında kiçik ölçülü piy yastığı olan
-düz əzələ diastazı çox da olmayan
-keysəriyyə əməliyyatından sonra göbəkdən aşağıda qalan dəri büküşləri və çapıq toxuması olan
- piy yastıqları ilə bərabər çox da böyük olmayan göbək yırtığı olan pasiyentlər və s.
Mini abdominoplastika zamanı əməliyyat həcmi kiçik olduğundan əməliyyata sərf edilən zaman da qısa olur.Beləliklə əməliyyatdan sonrakı dövrdə pasiyentin daha da tez aktivləşməsinə və reabilitasiyanın sürətlənməsinə zəmin yaranır.Pasiyentdə hansı növ abdominoplastikanın(mini,full,bodylift)icra ediləcəyi müayinə zamanı pasiyentlə birgə qərarlaşdırılır.

Müəllif: Dr Rəşad Babayev

https://www.facebook.com/doctorbabayev

https://plastikcerrahiyye.az

Əlaqə nömrəsi: (050) 333 30 10 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır