Estetik göz qapağı əməliyyatı - Dr. Rəşad Babayev
14 YANVAR
806

Estetik göz qapağı əməliyyatı - Dr. Rəşad Babayev

Estetik göz qapağı əməliyyatı:

Blefaroplastika-göz çevrəsindəki artıq, sallanan və ya şişkinlik (torbalanma) əmələ gətirən dəri və göz ətrafı nahiyəyə daha canlı və gənc görüntü verilən əməliyyata deyilir.

Sallanmış, düşük göz qapağı və şişmiş göz altı torbaları insana davamlı olaraq yorqun və üzgünlük ifadəsi verir. Bu yorqun və yaşlı ifadə məhdud nahiyyədə olsa belə bütün üzə sirayət edir. Çünki gözlərimiz üz ifadəmizin harmoniyasını təşkil edən əsas ünsürlərdəndir. Bəzi insanlarda sallanmış göz qapaqları və göz altı torbaları genetiktir və gənç yaşlarda belə özünü biruzə verir. əksər insanlarda yaşlanmaya bağlı inkişaf edən prosesdir. Gənç yaşdaki insanlarda göz qapağı dərisi qısa və gərgindir. Yaşın artması ilə üst göz qapağı dərisi uzanar və sallanaraq ikinci təbəqə əmələ gətirir. Zamanla bu dəri qatlantısı kirpiklərin köklərinə qədər uzanır və bəzən bu xətti aşağı keçib görməyə maneçilik törədir. Belə ciddi sallanmalar göz qapağını və qaşı həddindən artıq qaldıraraq görməyə çalışıldığından insanı gün içində davamlı olaraq yorar, ama insanlar bu prosesin illər içində yavaş-yavaş davam etdiyi üçün fərqinə varmazlar. Alt göz qapağı dərisi də sallanar, qırışar və dəri torbaları əmələ gəlir.İnsanı daha da yaşlı göstərir.

Dəridəki sallanmayla bərabər göz almasının ətrafındakı piy yasdıqları da zamanla önə doğru qabararaq şişkinləşir. Bunun səbəbi piy yasdıqlarını yerində tutan toxumanın yaşa bağlı zəyifləməsi və ya piy toxumasının miqdarının artması ola bilər.
Estetik göz qapağı əməliyyatına 30-40 yaşlar arasındakı pasiyentlərdə daha çox ehtiyac duyulur. Daha irəli yaşlarda isə bütün üzün gənçləşdiriməsi üçün blefaroplastika orta üz gərmə, qaş qaldırma, alın gərmə və total üz gərmə əməliyyatları ilə kombinasiyalı olunur.

Əməliyyat əsasən yerli anesteziya ilə icra olunur.
Əməliyyatdan sonra pasiyentin üz görünüşü 5-7 yaş daha gənc görüntü alır.
Blefaroplastikadan göz qapaqlarında çapıq izi demək olar ki,qalmır.4-5 günə aktiv iş həyatına qayıtmaq mümkündür.

Müəllif: Dr Rəşad Babayev

https://www.facebook.com/doctorbabayev

https://plastikcerrahiyye.az

Əlaqə nömrəsi: (050) 333 30 10 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır