Qarında ağrı nəyin əlaməti ola bilər? - Dr.Anar Əliyev
07 AVQUST
3301

Qarında ağrı nəyin əlaməti ola bilər? - Dr.Anar Əliyev

Kişilərdə, qarının aşağı hissəsində olan ağrılar isə, onlarda prostat vəzinin müxtəlif problemləri və s. səbəblərlə əlaqədar ola bilər. Qarın nahiyyəsində güclü ağrının olması (həkimlər bunu “kəskin qarın” adlandırır) – çox təhlükəli hal hesab edilir və bu zaman təcili şəkildə cərrahi əməliyyat edilməsi də tələb oluna bilər! Buna görə də əgər yaxınlarınızdan biri birdən-birə qarın nahiyyəsində “xəncər sancılması kimi ağrı” olmasından şikayət edərsə, həmçinin zəiflik, üşütmə hiss edərsə, uzanıb “embrion pozasını” (ayaqlarını qarnına sıxaraq burulmuş vəziyyət) alarsa, dərhal “təcili yardım” çağırmaq lazımdır!
Belə ağrını mədə və 12-barmaq bağırsaq xorasının deşilməsi, appendisit, periton qatının iltihabı – peritonit, bağırsaq keçməməzliyi, yırtığın boğulması və s. digər hallar törədə bilər. Belə halların hər birində vaxtında yardım göstərilmədiyi təqdirdə insan güclü şəkildə zərər çəkə bilər.
“Kəskin qarın” sindromu zamanı, “təcili yardım” gələnə qədər xəstəyə yeməyə və içməyə heç nə verməyin, ona hərəkət etməyə icazə verməyin, onun qarnının üstünə sellofana bükülmüş buz və ya soyuducunun buzxanasından çıxarılan məhsul qoyun. Heç bir halda buzu lüt bədənə qoymayın!
Qarında kəskin ağrılar zamanı 
- heç bir halda xəstəyə ağrıkəsici, işlətmə dərmanları verməyin! 
- imalə etməyin! 
- qarının üzərinə isti qrelka qoymayın!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır