Bu məlumat silinmədən oxuyun! - Dr. Ismayil Esgerov
04 FEVRAL
731

Bu məlumat silinmədən oxuyun! - Dr. Ismayil Esgerov

Bu məlumat silinmədən oxuyun!

3 saata evdə arıqlamağın yolu, 13 günə varikoz yox olacaq, dizinizdə ağrıların evdə həlli ve sair bu tipli çoxlu reklamlarla internet saytlarinda hər birimiz, hər gün qarşılaşırıq. Evdən çıxmadan, heç bir müayine edilmədən kim dərddən xilas olmaq istəməz ki...? Bu zaman asan və ucuz yolla bir sira xəstəliklərdən qurtulmaq istəyənlər düşür, tora ! Naməlum tərkibli, yalnız online satışı olan məlhəmlər, kapsullar və sair. Bir neçə ay sonra həmin dərman reklamı yoxa çıxır. Sonra isə eyni xəstəliklərə guya təsir edən başqa adla bənzər tibbi vasitələr görürük. Xüsusən də Bakıya həkimə gəlməklə bağlı çətinliyi olan rayon əhalisi daha tez cəlb edilir. Öz təcrübəmdən deyim ki, varikoz damara bağlı 4 qutu kremə 120manat verib (eyni tərkibdə aptekdə biri 3-5manatdi), sonra isə fayda olmadıqda varikoz damar corabına 60manat çox bahadı deyən çox saylı xəstələr görmüşəm. Həmin "maz"ların isə tərkibi standartdı, əsas komponentləri: mentol , yəni ki nanə ekstraktı, yəni ki nanə cövheri. Istifadə etdikdə nə baş verir? Sinir ucları qıcıqlanır deyə dəridə sərinləmə hiss edilir, insan da inanir ki deyesen sağalıram. Beləcə, sərinləyə-sərinləyə pul çıxır deyə, insan da bir müddət sonra psixoloji olaraq yaxşılaşdığına inanır. Çox qısa bir vaxtlıq əhvalı yaxşılaşır, məsələn 1-2 həftəlik ağrıları azalır və ya o damarlara baxdıqda özünü inandırmağa çalışır ki, artıq azalıb. Amma xeəstəlik öz axarında irəliləyir.

Müəllif:  Dr. Ismayil Esgerov

Sosial: https://www.facebook.com/DrIsmayilEsgerov

https://www.instagram.com/dr_ismayil_esgerov

Əlaqə nömrəsi: +99455 302 01 11  

Əlaqə nömrəsi: +99450 686 98 86

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır