Bel ağrıları hansı səbəblərdən yaranır - Op.Dr.Nicat Bağışov
11 FEVRAL
222

Bel ağrıları hansı səbəblərdən yaranır - Op.Dr.Nicat Bağışov

Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Bütün yaş qrupları arsında rast gəlinməsinə baxmayaraq, ən çox 35-55 yaşlar arasında olur.
Artıq çəki, passiv həyat tərzi, oturaq iş rejimi, kortəbii idman hərəkətləri dayaq hərəkət sistemində anadangəlmə və ya sonrada qazanılan problemlər bel ağrılarının və disk yırtıqlarının əsas səbəbləridir. 
Gündəlik fəaliyyətimiz nəticəsində də bel ağrısı yarana bilər :
- Yöndəmsiz önə əyilmə;
- Əşyanı itələmək, dartmaq, daşımaq, qaldırmaq;
- Uzun müddət ayaq üstə dayanmaq;
- Uzun müddət aşağı əyilmiş vəziyyət almaq;
- Fırlanmaq;
- Öskürmək;
- Xoruldamaq;
- Əzələni gərginləşdirmək;
- Həddindən artıq dartınmaq;
- Boyunu həddindən artıq önə əymək, məsələn, maşın sürərkən və ya komputerdən istifadə edərkən;
- Fasiləsiz olaraq maşın sürmək.

Müəllif: Op.Dr.Nicat Bağışov

Facebook: https://www.facebook.com/Op.Dr.Nicat.Bagishov/

Əlaqə:(+99455/70) 678 79 70 

Whatsapp: (+99455) 678 79 70

Ünvan: HB Güven Klinik, Atatürk pr. 3078, Bakı, Azərbaycan.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır