Mədə-bağırsaqda gizli qanaxma xərçəngin əlaməti ola bilər
11 FEVRAL
1014

Mədə-bağırsaqda gizli qanaxma xərçəngin əlaməti ola bilər

Son zamanlar geniş yayılmış mədə-bağırsaq xoraları, kolit və şişlərinin əlamətlərindən biri də qanamadır. Mədə-bağırsaq qanaxmaları çox zaman gizli getdiyi üçün xəstə ən son ağır halda bunun fərqinə varır. Əgər pasiyent daxili qanaxmadan şübhələnirsə və ya həkim onun həzm orqanlarında ciddi xora, yara aşkarlayıbsa, o zaman yaranın qanayın-qanamamasını nəcisdə gizli qan testi analizi ilə təyin etmək mümkündür.
Çox asan təyin olunan bu test barədə  laboratoriya həkimi Gülşad Məmmədova  hemorroy qanaxması ilə mədə -bağırsaq qanamasının necə fərqləndirilməsi barədə məlumat verdi:
"Hemorroy, çat və ibtidainin selikli qişada zədələməsindən olan qanamalar nəcisdə mikroskop altında gözlə görünür. Lakin gizli qan nəcisdə görünmür. Mədə-bağırsaqdan gəlib nəcisə qarışan qan onun rəngini dəyişir, qaraldır.  Analiz materialında bunu yalnız gizli qan testi aşkara çıxarır. 
Bu analiz istər uşaq, istər yaşlılarda aparılır. Biz sadəcə nəcisdə gizli qanın olmasını deyə bilərik. Bu qanın mədə, bağırsağın hansı hissəsindən olduğunu isə həkim artıq digər müayinələrlə aşkara çıxarır.
Mədə qastriti və xorasının əsas səbəbkarı olan helikobakteri isə xüsusi qan analizi ilə təyin olunur ki, bu da bizim laboratoriyada var”. 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır