Breketlər və növləri - Dr. Orxan Əliyev
14 FEVRAL
818

Breketlər və növləri - Dr. Orxan Əliyev

Müasir stomatologiya möcüzələr yaradır. Artıq dişlərində müəyyən əyrilik və başqa problemlər olan insanlar da mükkəməl və gözqamaşdırıcı gülüşə sahib ola bilərlər. 
Dişlərin əyriliyini düzəltmək üçün breket-sistemlər istifadə olunur.
Müasir stomotologiyada müxtəlif breket-sistemlər istifadə olunur:
• Metallik breketlər
Bu breketlər daha davamlı və funksional olur, az müalicə müddəti ilə xarakterizə olunur, onların quraşdırılması ağrı ilə müşahidə olunmur.
• Keramik breketlər 
Onlar metallik breketlərdən fərqli olaraq dişlərdə görsənmir, buna görə daha estetik görünüşə malikdirlər. Bu breketlərə daha çox yaşlı insanlar üstünlük verir.
• Linqval breketlər 
Linqval breketlər başqa breketlərlə müqayisədə dişlərin arxa hissəsində quraşdırılır. Bu breketlərin əsas müsbət cəhəti - onların, demək olar ki, heç ğörünməməsidir.
• Sapfir breketlər 
Bu breketlərin fərqləndirici xüsusiyyətləri – davamlılıq və şəffaf xarici görünüş. Bu protezləri pasient üçün nəzərdə tutulmuş xüsusi formada hazırlayırlar.

Facebook: 32Gözəl

(+994 12) 595-34-14, (+994 12) 596-73-13, (+994 70) 533-32-32
Bakı şəhəri, Azərbaycan pr. 12 (keçmiş H. Haciyev küç. 12)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır