Bu pasientlər oğlan kimi formalaşsa da, genetik olaraq qız olurlar - PhD Op.Dr.Toğrul Ömərov
04 MART
644

Bu pasientlər oğlan kimi formalaşsa da, genetik olaraq qız olurlar - PhD Op.Dr.Toğrul Ömərov

Kongenital adrenal hiperplaziya - Böyrəküstü vəzlərin yetərli miqdarda kortizol və aldosteron ifraz etməməsi və çoxlu androgen ifraz etdiyi bir xəstəlikdir. 
Bu pasientlər ana bətnində çoxlu miqdarda androgen aldığına görə xarici orqanları oğlan kimi formalaşsa da , daxili orqanları və genetik olaraq qız olurlar. Bəzi hallarda səhv salınaraq xayalıq forma hipospadiya ilə qatışdırılır və oğlan uşağı olduğu düşünülür. Əslində isə bu pasientlər qız uşağıdır, sadəcə olaraq hormonal balans pozulduğuna görə xarici orqanları oğlan kimi formalaşıb. Belə pasientlər endokrinoloqlar tərəfindən dərmanla və uşaq cərrahları tərəfindən cərrahi üsulla korreksiya olunur. Əməliyyat 1 yaşa qədər olunması məsləhət görülür.
Qeyd edimki əməliyyat etdiyimiz pasientin dord yaşı var və xarici orqanları oğlan formasında olduğuna görə iki yaşına kimi oğlan uşağı olduğu düşünülüb. Təsadüfü müainə nəticəsində daxildə normal inişaf etmiş uşaqlıq və yumurtalıq olduğu aşkarlanmışdır. Sonrası bütün müainələrdən keçərək hərşey bəlli olmuş və endokrinolq tərəfindən dərman müalicəsi başlanmışdır.
Sonrası bizə müraciət edən pasiyentə tərəfimizdən rekonstruksiya (Klitoroplastika, Labioplastika, total Urogenital mobilizasiya) icra olunaraq xarici cinsiyyət orqanları Genotipinə və daxili orqanlarına uyğun olaraq qız kimi formalaşdırıldı. Tam əməliyyat videosunu Togrul Omarov yazaraq Youtube səyfəmizdə izləyə bilərsiz.

Müəllif: PhD Op.Dr.Togrul Omarov

 usaqcerrahi.az

 Sosial: https://www.facebook.com/usaqcerrahitogrulomarov

https://www.instagram.com/drtogrulomarov_ushaq_cerrahi

https://www.youtube.com/channel/UCp6mLrKSjzvo7-IrEwwz5-g

Əlaqə nömrəsi: +994506729224 , +994514100966

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır