Göbək yırtığı - Dr Rəşad Babayev
05 MART
489

Göbək yırtığı - Dr Rəşad Babayev

Göbək yırtıqları göbək həlqəsindən çıxan yırtıqlara deyilir. Bu tip yırtıqlar kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Qadınlarda əsasən hamiləlik dövründə qarındaxili təzyiqin artması ilə əlaqədar göbək dəliyi önə doğru qabarır. Bəzən ağır fiziki işlər zamanı yırtıq kisəsi möhrəviyyatı ilə bərabər göbək dəliyindən çıxır və geri qayıtmır. Bu boğulmuş yırtıq adlanır. Belə olan təqdirdə Bir neçə saat ərzində xəstə təcili cərrahi əməliyyat edilməlidir. Bu halların olmaması üçün yırtığın planlı şəkildə əməliyyat olunması daha məsləhətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır