Mixəyin araqda cövhəri – Bütün damarları açır
06 MART
1989

Mixəyin araqda cövhəri – Bütün damarları açır

Arteriya və venaların daxili divarlarında yığılan yağ və xolesterin zamanla onları tıxayaraq, ateroskleroza səbəb olur. Damar tutulması isə beyin, ürək qansızması, infartka və çox xəstəliklərə səbəb olur. Təəssüf  ki, bu xəstəliyi insanlar gec hiss edir, çünki əlaməti olmur. 
Əgər ürəkdə ağrılar, sancmalar, baş ağrıları, baş gicəllənmələri, başda küy, görmənin və eşitmənin zəifləməsi varsa,  o deməkdir ki, damarlarınızda problem var və bu resept köməyinizə gələ bilər.
Tibb.fins.az Medicina.az-a istinadən mixəyin araqda cövhərinin hazırlanmasını təqdim edir.
25 qr mixək 0,5 litr araq, 0,5 kq şəkər tozu və 3 ədəd limon götürülür. Limonlar qabıqlı halda sürtgəcdən keçirilir.
Bütün ərzaqlar 3 litrlik balonda qarışdırılır. Üzərinə balonun yarısına qədər  qaynanmış ilıq su alınır. Bu məhlul 2 həftə qaranlıq, sərin yerdə saxlanılır. 
Sonra süzülür. 
Gündə 3 dəfə, 25 ml olmaqla yeməkdən 20 dəqiqə öncə içilir.
Bütün məhlul içilib bitəndən sonra 2-3 ay fasilə verilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır