İmplant dişlər estetik görünürmü? - Dr.Emil İmanov
11 MART
323

İmplant dişlər estetik görünürmü? - Dr.Emil İmanov

Sosial: www.emilimanov.com

Instaqram: stomatoloqemil

Facebook: stomatoloqemil

Tel: +994 55 420 79 98
Ünvan: İMPLANT ART klinikası, B. Bağırova küç 22

İmplant diş müalicəsinin ən əhəmiyyətli hissələrindən biri də şübhəsiz ki, implant dişin estetik görünüşüdür. İmplant diş müalicəsindən sonra tətbiq ediləcək protez, istər rəng, istər forma, istər parlaqlıq baxımından qonşu dişlərlə eyni olmalıdır ki, estetik görünsün. Bu xüsusiyyətlərlə yanaşı ən az bunlar qədər implantın uğurlu olmasına təsir edən digər faktor isə implantı əhatə edən dişəti toxumasının, qonşu dişlərin dişəti toxuması ilə bənzər olmasıdır. Bu xüsusiyyətinə görə uğursuz olan implant estetik görünə bilməz. Ona görə də bəzi hallarda dişəti estetikasını təmin etmək üçün özəl dişəti əməliyyatları da edilir. Estetik görünüş bir çox fərqli parçaların birlikdə olması ilə yaranır. Ona görə də hər parçada optimal səviyyəni qorumaq implant üçün əvəzedilməzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır