Dişlərin çürüməsi hansı xəstəliklərin əlamətidir? - Dr.Emil İmanov
12 MART
334

Dişlərin çürüməsi hansı xəstəliklərin əlamətidir? - Dr.Emil İmanov

Sosial: www.emilimanov.com

Instaqram: stomatoloqemil

Facebook: stomatoloqemil

Tel: +994 55 420 79 98
Ünvan: İMPLANT ART klinikası, B. Bağırova küç 22

Dişlər də diqqət edilməli orqanlardır. Bədənin digər orqanları kimi xəstələndikləri zaman bütün vücuda təsir edirlər. Diş çürüməsi də dişlərin xəstəliyidir. Diş çürüməsi ağız boşluğundakı bakteriyalardan qaynaqlanır.

Diş çürükləri və digər orqanların xəstəlikləri

Dişlərdə çürük meydana gətirən bakteriyalar, ürək çatışmazlığı xəstəlikləri və revamtizm xəstəliklərinə səbəb olur. Dişlərdə çürük olması, ağız boşluğunda bakteriyaların varlığından xəbər verir. Bu bakteriyalar yediklərimizlə mədəyə gedir. Burada mədə xəstəliklərinə səbəb olur. Dişlərdə olan çürüklər baş, göz, boyun, qol nahiyələrində ağrı meydana gətirir.
Ağız boşluğundakı bakteriyalar diş əti və dişi qidalandıran qan damarları yolu ilə qana qarışaraq bütün bədənə yayılır. Zamanla ürəkdə, böyrəkdə, gözdə çatışmazlıqlara səbəb olur. Pankreas və ağciyərlərdə iltihablanmalara gətirib çıxarır. Bədəndə temperatur, halsızlıq, oynaq ağrıları kimi əlamətlərin meydana gəlməsinə səbəb olur. 
Diş çürümələrinə qarşı laqeyid yanaşıldığı zaman həyati nəticələrə səbəb olur. Xüsusilə ürək revmatizmi, ürəklə bağlı hər hansı əməliyyat zamanı insanın həyatı təhlükədə olur. Hamiləlik zamanı dişlərdə çürük və çürüyün səbəb olduğu iltihabın olması erkən doğuş və düşüklərə gətirib çıxara bilir. Xərçəng xəstəliklərinin müalicəsindən əvvəl çürüklərə müdaxilə edilməsə xərçəng müalicəsindən gözlənilən nəticə aşağı olur, xəstə bu müddətdə qrip kimi xəstəliklərə tez-tez tutula bilər ki, bu da xəstə üçün risklidir. 
Bütün bunları nəzərə alıb ən az 6 ayda bir diş həkiminə müraciət etmək vacibdir.

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır