Dişlərinizi fırçalayarkən Qan gəlirsə bu xəstəliyi yoxlatdırın - Dr.Emil İmanov
06 MART
898

Dişlərinizi fırçalayarkən Qan gəlirsə bu xəstəliyi yoxlatdırın - Dr.Emil İmanov

Sosial: www.emilimanov.com

Instaqram: stomatoloqemil

Facebook: stomatoloqemil

Tel: +994 55 420 79 98
Ünvan: İMPLANT ART klinikası, B. Bağırova küç 22

Dişəti qanaması cəmiyyətdə tez-tez rast gəlinən və fərqli dişəti xəstəliyindən qaynaqlanan ciddi problemdir. Ağız və diş sağlamlığı pozulduqda digər orqanlara da mənfi təsir göstərir. Ona görə dişəti qanaması, diş çürüyü və ağız xəstəlikləri mütləq müalicə edilməlidir. Dişətləri ağız və dişlərin təməlini meydana gətirir. Dişətləri sağlam dişlər üçün çox vacibdir və dişəti qanaması müşahidə edildiyində mütləq həkimə müraciət etmək lazımdır. 

Sağlam dişəti necə olmalıdır?

Sağlam dişəti açıq çəhrayı rəngdə olur, mat və sıxdır. Dişi, boyun nahiyyəsində yaxalıq kimi örtür və dişlə birləşdiyi yerdə bıçaq səthi kimi bitir. Dişləri kök başlanğıcında örtən və konturlarını izləyən müntəzəm bir dişəti sərhəddinə sahibdir. Qırmızılıq, şişkinlik və ya infeksiya olmur. Normal fırçalama və diş sapı istifadəsində qanama baş vermir. Hərhansı bir narahatlıq vermir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır