Süni mayalanma prosesi - Op.Dr. Olcay Turgut
18 MART
499

Süni mayalanma prosesi - Op.Dr. Olcay Turgut

Müəllif: Op.Dr. Olcay Turgut

https://www.olcayturgut.com

Əlaqə nömrəsi: +994(55) 462 01 71

Sosial: https://www.facebook.com/op.dr.olcayturgut

https://www.instagram.com/op.dr.olcayturgut/

https://www.youtube.com/user/olcayturgut

https://twitter.com/drOlcayTurgut

Süni mayalanma prosesi uzun və qısa müddətli ola bilər. Uğurlu bir nəticə əldə etmək üçün bu müalicənin mütləq ginekoloq (qadın xəstəlikləri və doğuş üzrə mütəxəssis), androloq (uroloji mütəxəssisi), embrioloq, tibb bacısı və köməkçi personaldan ibarət multidissipliner bir qrupun işləməsi ilə həyata keçirilməsi lazımdır. Müalicə müddəti bir neçə mərhələdə aparılır. Həkimin ilk dəfə olaraq ata-ana olmaq istəyənlər üçün bu proses haqqında məlumat verməsi. Bu zaman sonsuzluğun səbəbləri izah edilir, analizlər verilir, ilk müayinə aparılır. Bu zaman hər iki cütlük prosesdə birgə iştirak etməlidirlər. Eyni zamanda klinikaya gələrkən pasientlər o zamana qədər edilmiş olan bütün analiz cavablarını, keçirilmiş əməliyyatlara və ya sonsuzluq müalicələrinə aid məlumatları özü ilə bərabər gətirməlidir. Ayrıca, cütlüklərdə ürək xəstəlikləri, diabet kimi fərqli bir xəstəliyin olub-olmaması barədə də həkim məlumatlandırılmalıdır. İlk müayinə aybaşının müəyyən bir günündə olmalıdır. Ətraflı ginekoloji müayinə və ultrason edilməsinin ardından son 1 il içində edilməmişsə smear testi edilməlidir. Pasientin səhhəti ilə bağlı ehtiyac olarsa əlavə testlər də istənilə bilir. Həkimin məsləhət gördüyü hallarda genetik mütəxəssisi, uroloq, embrioloq, klinik psixoloq, qidalanma və metobolizma mütəxəssisi bir araya gələrək xəstənin ümumi vəziyyəti dəyərləndirilir. Hədəf sonsuzluğu yaradan amilləri aşkar etmək və xəstə üçün uyğun olan müalicə şəkli seçilərək tətbiq edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır