Boyun yırtığı və əlamətləri - Dr.Bəhruz Eyvazov
19 MART
537

Boyun yırtığı və əlamətləri - Dr.Bəhruz Eyvazov

Müəllif:  Dr.Bəhruz Eyvazov

https://behruzeyvazov.com

Facebook: https://www.facebook.com/dr.behruzeyvazov/

Instagram: https://www.instagram.com/neyrocerrah_behruzeyvazov/

Youtube: https://www.youtube.com/user/MrEybel

Əlaqə nömrəsi:  (+99450) 466-36-46 

Fəqərələri bir-birinə bağlayan disklər ,fəqərələr arasındakı bir yastıq, ya da amortizator funksiyasını yerinə yetirərək, boynumuzun əyilməsini və döndürülməsini təmin edir. Disk ‘anulus fibrosus’ adı verilən sərt xarici təbəqədən ibarətdir. Yaşlanmaqla bərabər diskin mərkəz elementi olan "pulpoz nüvə" su tərkibini itirməyə başlaya bilir və diskin funksiyalarında pozulmaya yol açır. Disk mərkəz təbəqəsində pozulmalar olabiləcəyi kimi xarici təbəqədə də zədələnmə və yırtılmalar meydana gələ bilir. Bu vəziyyətdə, diskin mərkəzi elementi çöl təbəqədəki çatlaq yerlərdən sinirlər və onurğa beyninin keçdiyi kanalla doğru axmasına səbəb olur və bu hala servikal disk yırtğı (boyun yırtğı, "qrija") adı verilir.
Boyun yırtığı iki fəqərə arasındakı qığırdağın degenerasiya sonrası sürüşərək onurğa beyninə və ya qola doğru gedən sinirləri sıxışdırması halıdır. Sıxışdırmanın kompressiya dərəcəsi və müddəti artdıqca ciddi problemlər müşahidə olunmağa başlayır.Belə ki, aşağıdakı simptomlar özünü biruzə verir:
-Ənsədə ağrı, əzələlərdə spazm, boyun hərkətlərində məhdudluq
-Ənsədən başa doğru yayıla bilən ağrı
-Baş hərlənməsi, qulaqda səs -küy, göz qarşısında qara nöqtələrin uçuşması, bulantı, diqqət pozuntusu
-Boyun və qol ağrısı
-Kürək arası və döş qəfəsinin önünə yayılan ağrı
-Qol və/vəya əl əzələlərində güc və qüvvət itkisi (əl əzələlərində arıqlama,əlindən tez- tez bir şeylər düşürmə, hərəki qavrama azalması)
-Qollar və/vəya əllərdə uyuşma,keylik hissi (iynə batma,yandırma ,göynətmə, qarışqa gəzmə və.s tipli hissi pozuntular)
-Ağrı adətən gecə yuxuda artmağa meyilli olur
-Sidik ifrazı funksiyalarının saxlamamazlıq və ya ləngimə tipli pozulması 
-Ayaqlarda hissiyyatın pozulması 
-Ayaqlarda qüvvətsizlik 
-Ayaqlarda sərtlik və müvazinətsizlik
-Yerimə çətinliyi
Kürək sümüyü alt nahiyyəsinə, öndə döş qəfəsinə vuran ağrılar ola biləcəyindən, insanlar ürək xəstəsi olduqlarını zənn ediləbilirlər. Buna servikal anjina adı verilir və bu ağrı dil altı "nitroqliserin" qrupu ürək -qan damar tipli dərmanla əsla keçməz, infatk və ya stenokardiya ilə bu şəkildə differensasiya edilirlər.
Bu şikayətlər olduqda heç ləngitmədən həkimə müraciət edin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır