Antibiotik necə vurulmalıdır? - Dr. Vuqar Fəttah-Pur
19 MART
771

Antibiotik necə vurulmalıdır? - Dr. Vuqar Fəttah-Pur

www. http://fattahpur.com 

Sosial: IDPM

https://www.instagram.com/dr_fattahpur

Əlaqə nömrəsi: +99455 302 01 11  

Azerbaycan daxil, dünyanin heç bir ölkəsində antibiotik istifadəsindən əvvəl "prob" qoyulmalıdı deyə tövsiyə yoxdur. Yəni prob qoyulmalı deyildir. Klinik protokolda proba dair tövsiyə yoxdursa, prob zamanı xəstədə fəsad baş verdikdə tibb işçisi günahkardır. Siğorta sistemi tətbiq olunanda, bu kimi "men bele düşünürem" halları aradan qalxacaq. Ümumiyyətlə, demək olar əksər hallarda dərialtı bu prob özü belə səhv qoyulur. Doza 10 dəfə durulaşdırılmır. Məsələn: 1 qram antibiotik tozu, 5 ml natrii xlorda həll edilib, BİRBAŞA həmin məhluldan götürüb xəstəyə dəri altı sahəyə guya prob qoyulur. Bu səhvdir! Düzgün olan bəs necədir? 1 qram antibiotik , 5 ml natrii xlorda həll edənden sonra , həmin məhluldan şprisə 0,1 ml yığılır və sonra 1 ml'yə qədər yene natrii xlor yiğilir. Neticede 10 defe durulaşmiş mehlul alinir. Elmde bu mübahiselidir. 10 defe durulaşmiş halda bele eyni allergik fəsad baş verə bilir. Dünya praktikasında bəs necədir? Antibiotik inyeksiya formasında ancaq klinika şəraitinde, demək olar ki hər zaman vena daxili vurulur. 10 dəfe deyil, 200 dəfe durulaşdırılmaqla ve probsuz !!! Məsələn: 1 qram antibiotik, 200 ml natrii xlora qatılır. Bir başa vena daxili qoşulur, xəstədə kiçik bir narahatçılıq baş verdikdə dərhal allergik reaksiya önleyici tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır