Baş gicəllənməsinin yaranma səbəbləri - Dr.Xəyal Vəliyev
05 APREL
484

Baş gicəllənməsinin yaranma səbəbləri - Dr.Xəyal Vəliyev

Müəllif: Nevroloq Alqoloq Dr.Xayal Veliyev

http://nevroloq.net/

https://www.facebook.com/drxeyalveliyev/

https://www.instagram.com/dr.xeyal.veliyev/

Əlaqə: (+99455) 771 77 79

Benign Paroksismal Pozisyalı Vertigonun (baş gicəllənməsinin) pozisiyalar ile mualicesi

Başgicəllənməsi insanlar arasında tez-tez rast gəlinən narahatlıqlardan biridir. Xəstə, olmayan bir hərəkəti varmış kimi qəbul edir, özünün və ya ətrafının hərəkət etdiyini zənn edir. Balanssızlıq hissi, adamın ətrafına görə tarazlığını təmin edə bilməmə vəziyyəti özünü baş gicəllənməsi kimi göstərir.
Tarazlıq pozulması ilə özünü göstərən vertiqo (baş gicəllənməsi) hər yaşda müşahidə edilə bilər. Hətta müalicə edilmədikdə xəstəni yatağa salacaq vəziyyətə gətirib çıxara bilən narahatlıqdır. Gündə bir neçə dəfə başınız gicəllənirsə və gündəlik ritminiz pozulursa, deməli, sizdə başgicəllənməsi problemi var.

Vertiqonun yaranma səbəbləri:

1. Benign Paroksismal Pozisiyalı Vertiqo (BPPV)
2. Meniere xəstəliyi
3. Vestibulyar neyronit
4. Beyinciyin təsirlənməsi ilə bağlı başgicəllənməsi
5. Vertiqinoz miqren
6. Multipl skleroz
7.Tarazlıq sinir şişləri
8. Yaralanma
9 . Allergiya
Baş gicəllənməsi bir hərəkət pozğunluğudur.
Vertiqo ciddi qəbul olunub müalicə edilmədikdə iş və həyat tərzinə görülə biləcək formada mənfi təsir edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır