Damarlarınız təmizdirmi? Bu testlə yoxlayın
10 APREL
1592

Damarlarınız təmizdirmi? Bu testlə yoxlayın

İnsan yaşa dolduqca damarlarda xolesterin yığılmağa başlayır, damarlar daralır, tıxanır, damarlarda tromblar əmələ gəlir.

Bu isə ürək tutması, infarkt və insult kimi pozulmaların riskini artırır. Tibb.fins.az bildirir ki, bu sadə testin köməyi ilə damarlarınızın vəziyyətini təyin edə bilərsiniz. 

Bel üstə yerə uzanın, sonra ayaqlarınızı qaldırıb (təxminən 45 dərəcəli bucaq alınmalıdır) bir neçə dəqiqə belə vəziyyətdə qalın. Sonra pəncə və barmaqların rəngini qiymətləndirin. Əgər pəncə və ayaq barmaqlarının rəngi çox solğun, demək olar ağdırsa, bu o deməkdir ki, damarlar tıxanıb və qan dövranı pozulub.

Bəzən yalnız bir ayağın rəngi ağara bilər.

Sizdə bu simptom varsa, vaxt itirmədən həkimə müraciət edin. 

©Saglamolun

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır