Dr.Xəyal Vəliyev: Bütün ağrıların 37%-i bel ağrılarına təsadüf edir - YARANMA SƏBƏBİ
11 APREL
352

Dr.Xəyal Vəliyev: Bütün ağrıların 37%-i bel ağrılarına təsadüf edir - YARANMA SƏBƏBİ

Müəllif: Nevroloq Alqoloq Dr.Xayal Veliyev

http://nevroloq.net/

https://www.facebook.com/drxeyalveliyev/

https://www.instagram.com/dr.xeyal.veliyev/

Əlaqə: (+99455) 771 77 79

Bel ağrısı

Bütün ağrıların 37%-i bel ağrılarına təsadüf edir. Bunların içərisində  lümbal (bel-oma) radikulopatiyalar ən çox rast gəlinən və ağrı dərəcəsinə görə ən ağır keçən xəstəlikdir.

Radikulopatiyalar nədir?

Ayağa gedən bir sinir kökcüyün sıxılması nəticəsində ağrının yaranmasıdır. Sıxılmış sinirin yerləşməsinə bağlı olaraq ayağın bir hissəsinə və ya bütün ayağa yayılan ağrı ilə birlikdə sinirin sıxılması ilə bağlı olaraq keyimə, yanma, güc zəifliyi kimi şikayətlər diqqət çəkir. Bel ağrılarında, fəqərələr arası disk yırtıqları zamanı yırtığın sinir kökcüyünü sıxması ən çox rast gəlinən patologiyadır.

Bel ağrısını yaradan səbəblər

Bel ağrılarında radikulopatiya əlamətləri mühtəlif səbəblərdən yarana bilər. Lakin hər nə səbəb olur olsun, nəticə olaraq onurğa beynindən çıxan sinir kökcüklərinin sıxılması və qıcıqlanmasına səbəb olur.

– Fəqərələrarası disk yırtıqları
– Osteofitlər
– Spondilyozlar
– Sinir kökcüyünə yaxın olan bağ və vətərlərin qalınlaşması
– Şişlər
– İnfeksiyalar
– Skoliozlar
– Şəkərli diabet
– Onurğanın iltihabi və deqenerativ xəstəlikləri

Bel ağrılarında lümbal radikulopatiyanın əlamətləri:

Bu əlamətlər tamam ilə sinir kökcüyünün zədələnmə səviyyəsindən asılıdır. Amma ümumi olaraq ağrı, keyimələr və iynə batırma hissləri bel-oma, ayaqlarda olur. Xəstədə qəbizlik və aralıqda (xayalarda) ağrı şəklində yarana bilir. Ağrı həm lokal (yerli) həm də beldən ayaq istiqamətində ola bilir.

Bel ağrısı zaman diaqnostika

İlk növbədə xəstə mütəxəssis tərəfindən müayinə olunub xəstənin şikayətləri ətraflı toplanmalıdır. Bel ağrısı zamanı xəstənin əzələ gücü, hissiyyat və refleksləri yoxlanılır. Bundan sonra ehtiyac olduqda xəstə bu müayinələrə göndərilir:
– Rentgenoqramma
– KT (kompyuter tomoqramma)
– MRT (maqnit rezonans tomoqramma)
– ENMQ (elektro neyro mio qramma)

Bel ağrısının müalicəsi:

– Dərman müalicəsi
– Epidural steroid blokadası
– Transforaminal steroid blokadası
– Nukleoplastika Radiofrekans ilə
– Epiduroskopiya
– Proloterapiya
– Fizioterapiya ve reabilitasiya
– Cərrahi əməliyyatlar

Lümbal (bel-oma) epidural steroid blokadası nədir:

Bu inyeksiyalar rentgenoskopiya altında iynələr vasitəsi ilə onurğa ətrafında olan toxumalara kortikosteroidlərin vurulmasıdır. Kortikosteroidlər isə ilthablaşmış sinir kökcüyü və ətrafında olan toxumalarda ağrı, ödem və qıcıqlanmanı aradan qaldırır.

Lümbal radikulopatiyalarda lümbal epidural steroid blokadasının klinik araşdırması

Araşdırma keçirilən yer: T.C. Ankara şəh. Ankara  Universiteti ,Tibb Fakultəsi , İbn Sina Xəstəxanası.
Araşdırmanı aparan həkimlər: Prof. Dr.İbrahim Aşık, Dr. Xəyal Vəliyev

Məqsəd:
Lümbal (bel-oma) bölgəsində disk yırtıqları olan , medikal müalicəyə və fizioterapiyaya cavab verməyən xəstələrdə epidural kortikosteroid inyeksiyanın istifadəsi və onun nəticələrinin dəyərləndirilməsi.

Metod və materiallar:
38-77 yaş arasında bel-oma nahiyəsində fərqli səviyyələrdə disk patalogiyaları olan 19 xəstədə, disk patalogiyaları MRT və elektroneyromioqrafiya ediləndən və dəyərləndirildikdən sonra xəstələrə olunacaqları inyeksiya ətraflı izah edildi. Xəstələrdə inyeksiyalardan bir həftə əvvəl istifadə etdikləri bütün qeyri-steroidlər, iltihab əleyhinə dərmanlar dayandırıldı. Lokal anesteziyadan sonra L5-S1 səviyəsindən 19 G Tuohy epidural iynəsi ilə epidural aralığa girildi və 1ml. kontrast maddə vuruldu, skopiya altında epidural aralığı çəkildikdən sonra 16 mg dekort inyeksiya vasitəsi ilə vuruldu. Xəstələrimiz 1 həftə sonra və 1 ay sonra dəyərləndirildilər.

Apardığımız araşdırmaların nəticələri:
Ağrı şkala ilə qiymətləndirilib:
Ağrının olmaması – 0 bal
Ən çox olan ağrı – 5 bal

Tək səviyyədə sinir kökünü sıxan disk yırtığı 14 xəstədə 1 həftə sonra balla qiymətləndirilmə ilə 1 bal təyin olunmuşdur. Eyni xəstələr 1 aydan sonra balla qiymətləndirilmə 0 bal təyin olunmuşdur.

Üç səviyyədə sinir kökün sıxan disk yırtığı 4 xəstədə 1 həftə sonra sonra balla qiymətləndirilmə ilə ortalama 3±1 bal arası təyin olunmuşdur. Eyni xəstələr 1 aydan sonra balla qiymətləndirilmə eyni ortalama 3±1 bal arası təyin olunmuşdur.

Tək səviyyədə sinir kökünü sıxan disk yırtığı ilə birlikdə spinal stenozu olan 1 xəstədə 1 həftə sonra balla qiymətləndirilmə ilə ortalama 5±1 arası bal təyin olunmuşdur. Eyni xəstələr 1 aydan sonra balla qiymətləndirilmə ortalama 3±1 bal təyin olunmuşdur.

Nəticə:
Lümbal disk yırtıqlarında tək səviyyədə sinir kökü sıxılması olan disk yırtıqlarında epidural kortikosteroid inyeksiyasının istifadəsi klinik olaraq tez və tam düzəlməyə gətirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır