Alt çənədə tam diş əksikliyi və implant - Dr.Emil İmanov
22 MAY
512

Alt çənədə tam diş əksikliyi və implant - Dr.Emil İmanov

Sosial: www.emilimanov.com

Instaqram: stomatoloqemil

Facebook: stomatoloqemil

Tel: +994 55 420 79 98
Ünvan: İMPLANT ART klinikası, B. Bağırova küç 22

Bütün dişlərini itirmiş xəstələrdə implant diş müalicəsi bir qurtarıcı vəzifəsi görür. Çünki implantın olmadığı bir müalicə planında, xüsusilə də bu itki alt çənədədirsə protez çox hərəkətli olacaq. Ona görə də implant bu hərəkəti ya tamamilə sabitləyən, ya da hərəkəti məhdudlaşdıran bir vəzifəyə sahibdir.

Tamamilə sabit olması planlanan protez müalicələrində, lazımi sayda implant dişsiz nahiyyəyə yerləşdirilir. Daha sonra bu implantlarla sabitlənəcək protezləri bağlayan implant ara parçalar implantlara sabitlənir. Ölçülər üzərindən protezlər düzəldilir və pasiyentin ağızına tətbiq edilir. Bu cür hallarda pasiyent demək olar ki, öz dişlərinə bənzəyən dişlərə sahib olur.

Digər implant dəstəkli seçimlərdə isə, 2-4 ədəd implant dişsiz nahiyyəyə yerləşdirilir və hərəkətli protez ilə implantarası bağı təmin edən implant ara parçaları, implantın üzərinə tətbiq edilir. Alınan ölçülər əsasında hərəkətli protez hazırlanır. İmplant digər müalicə üsullarına görə daha uyğun və daha komfortlu seçimdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır