Vinir diş qoydurmağın üstünlükləri - Dr.Emil İmanov
10 İYUN
262

Vinir diş qoydurmağın üstünlükləri - Dr.Emil İmanov

Sosial: www.emilimanov.com

Instaqram: stomatoloqemil

Facebook: stomatoloqemil

Tel: +994 55 420 79 98
Ünvan: İMPLANT ART klinikası, B. Bağırova küç 22

Vinir diş qoydurmağın üstünlükləri:

  •                     Vinir dişlər tamamilə keramikdan ibarət olduğu üçün təbii görünüşə sahibdir.
  •                     Vinir dişlər hamar səthə sahibdir.
  •                     Vinir dişlərin hazırlanması qısa davam edən prosesdir.
  •                     Vinir dişlər olduqca davamlı tərkibə sahibdir. 

Vinir dişlər dişinizin görünüşünə mənfi təsir göstərən çürük dişlər üçün istifadə edilən estetik həll yoludur. Vinir dişlər işıq keçiriciliyinə sahib olan lövhəcikdən ibarətdir. Təbii dişlərə oxşar olduğuna görə digər dişlərdə olan görünüşə və xüsusiyyətə sahibdir. Keramik vinir dişlərin tətbiq edilməsinin nə qədər vaxt apardığı və ağırısının olub-olmadığı çoxlarını maraqlandıran sualdır. Əvvəlcə onu qeyd edək ki, keramik vinir dişlərin qoyulması metodu minimal invaziv bir metoddur. Yəni dişlərin səthinin az miqdarda hamarlaşdırılması lazım olur, bəzən isə hamarlaşdırılmadan tətbiq edilə bilir. Bu hal vəziyyətə görə dəyişir, bununla bağlı həkim qərar verməlidir.

Dişlərin hamarlanması prosesi həyata keçirildiyi üçün müvəqqəti diş qoyulmasına ehtiyac yoxdur və bir həftədə pasient istədiyi gülüşə sahib ola bilər.

Birinci seansda pasientin dişlərinin ölçüsü götürülür. İkinci seansda özəl gülüş metodları ilə dişlərin forması bəyənilir və üçüncü seansda bu keramik vinir dişlər seçdiyimiz rəngdə, formada gəldikdən sonra ağızda yoxlanılır. Həkimin və pasientin razılığı ilə vinirlər dişlərə bərkidilir. Pasient istədiyi estetik gülüşə bir həftə ərzində sahib olur ki, bu da çox böyük gözəllikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır