Anal sahədə iki fərqli kateqoriyadan olan şişlər əmələ gələ bilər - Dr.Anar Əliyev
05 AVQUST
828

Anal sahədə iki fərqli kateqoriyadan olan şişlər əmələ gələ bilər - Dr.Anar Əliyev

Anal kanal vəzli selikli gişadan ibarətdir, perianal hüdudlar isə epidermislə örtülmüşdür. Anus histoloji cəhətdən üç müxtəlif selikli gişadan ibarətdir - vəzli (daha proksimal yerləşir), keçici və yastı (daha distal). Distal olaraq, anusun yastı selikli gişası tüklü perianal dəriyə keçir. Selikli gişanın dəriyə keçən yeri anal sərhəd adlanır.

Anal sahədə iki fərqli kateqoriyadan olan şişlər əmələ gələ bilər:

Yuxarıda qeyd edilmiş hər hansı üç selikli gişadan yaranan şişlər anal kanalın kanseri adlanır. Keçici (tranzitor) və ya yastı selikli gişadan yaranan şilər yastı hüceyrə kanserləri adlanır və morfoloji baxımdan bəzi fərqlərə baxmayaraq bioloji cəhətdən özünü eyni aparır. 
Bazaloid (və ya kloakogenik və ya birləşdirici sahə) karsinoması yastı hüceyrə karsinomasını bir variantıdır və transitor (keçici) zonanın epitelisindən əmələ gəlir. Lakin, həmin terminlər artıq istifadə edilmir, çünki məlumdur ki, bu şişlər keratinizasiya olunmayan yastı hüceyrə karsinomalarına aiddir. Anal kanalın dişli xəttindən (dentate line) yuxarıda yaranan şişlər hazırda keratinizasiya olunmayan yastı hüceyrə karsinomaları adlanır və dişli xəttə distal yaranan törəmələr isə keratinizasiya olunan yastı hüceyrə karsinomaları adlanır. 
Adenokarsinomalar anal kanalın vəz elementlərindən əmələ gəlir, lakin bu nadir hallarda baş verir. Anal kanalın adenokarsinomaları özünü rektal adenokarsinomalar kimi aparır və oxşar müalicə olunur. 
yastı selikli gişanın dəriyə keçdiyi xəttdə və ya bu xəttə distal sahədə tüklü dəridə əmələ gələn şişlərinə anal hüdud kanserləri deyilir. Lakin, daha geniş qəbul edilmiş termin perianal dəri kanseridir. Melanomalar istisna olmaqla, perianal dərinin kanserləri bioloji cəhətdən özünü dəri kanseri kimi aparır. Lakin, regional limfatik drenaj (TNM təsnifatı üzrə N kateqoriyasına aid) isə anatomik sahəyə spesifikdir.

 

 Əlaqə: 050 311 00 18
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır