Op.Dr. Rauf Sadıqov -BƏZƏN İMKANSIZI BAŞARMAQ MÜMKÜNDÜR
05 AVQUST
2725

Op.Dr. Rauf Sadıqov -BƏZƏN İMKANSIZI BAŞARMAQ MÜMKÜNDÜR

MARAQLI KLİNİK HALLARDAN .
BƏZƏN İMKANSIZI BAŞARMAQ MÜMKÜN!!!
Beyin cərrahiyyəsində kifayət qədər çətin olan bir patologiya. Beyin kötüyünün qanamış kavernoması.Gənc qadın xəstə .Davamlı baş ağrıları ,qusma ,çəpgözlük şikayətləri ilə müraciət etmişdir.Xəstə ayaq üstə dura ,gəzə bilmir.Udması pozulmuşdur, qidalana bilmir.Son bir ayda ciddi çəki itkisi vardır.MRT müayinədə beyin kötüyündə ( pons kavernoma ) iri ölçülü kavernoz angioma aşkarlanmışdır.Bu əməliyyatlar həm patologiyanın rastgəlmə tezliyi ,həm əməliyyatların texniki icrasının çətinliyi ,həm də əməliyyatın yüksək riski səbəbilə nisbətən az icra olunan əməliyyatlardır.Bütün mümkün riskləri xəstə yaxınlarına izah etdikdən sonra xəstəyə son şans olaraq cərrahi əməliyyat qərarı aldıq və" Sagtərəfli retrosiqmoid kraniotomiya ilə Trigeminal nerve(V sinir) save entry zone approach icra olunaraq kavernoz angioma xaric edildi.Postop 6 cı sutka xəstəmizi köməklə gəzər şəkildə evinə göndərdik.Əməliyyadan sonra bütün sadalanan nevroloji əlamətlər reqress etmişdir.Xəstədə ilk sutkalar sağdan fasial sinir parezi əmələ gəlsə də ( Hause Brakman 3 ) sonradan parezi reqress etmişdir. @ Baku, Azerbaijan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır