18 September
25

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı artıb.

Fins.az trend-ə istinadən bildirir ki, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrin sayı 255 470 olub.

Bu say 2017-ci ildə 243 226, 2015-ci ildə 209 377, 2010-cu ildə 121 095, 2005-ci ildə 55 713 nəfər olub.

2018-ci ildə ölkədə 24 774 nəfərə ilk dәfә şəkərli diabet diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 9 825 olub.

2005-ci ildə əhalinin hәr 100 000 nәfәrindən 117,2-nə ilk dəfə şəkərli diabet diaqnozu qoyulduğu halda, 2018-ci ildə bu say artraraq 252,3 olub.

Ölkədəki şəkərli diabet xəstələrinin 224 607-i insulindən asılı olmayan, 30 863-i insulindən asılı xəstələrdir.
Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

201
TuranBankdan çoxfunksiyalı kart!
176
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
231
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI