“Ümumdünya Ürək Günü” qeyd edilir
30 SENTYABR
320

“Ümumdünya Ürək Günü” qeyd edilir

Bu gün 1999-cu ildən etibarən Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə ictimaiyyətin ürək-damar xəstəliklərinin təhlükə yaratması barədə məlumatlarının artırılması məqsədi ilə keçirilir. Akad.C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya institutu da respublikamızın aparıcı müəssisəsi kimi bu günü qeyd edir. Bu məqsədlə Kardiologiya institutu 28-30 sentyabr 2019-cu il tarixdə Bakı şəhər ictimaiyyətinin və əhalisinin geniş hərəkət mərkəzlərindən birində “Ürəklərimizi birgə qoruyaq” adlı aksiya keçirir.

İnsanların tibbi anlayışının artırılması və maarifləndirilməsi məqsədi ilə burada institutun əməkdaşları ürək-damar xəstəliklərinin artmasına səbəb olan risk amillərinin azaldılmasına yönəldilən ilkin profilaktik müayinələrin aparılması üçün tələb olunan göstəricilər haqqında məlumat verilib. Eyni zamanda ürək-damar xəstəliklərinin profilaktikasına dair tövsiyyələr qeyd olunub bukletlər paylanılıb, müraciət edənlərin arterial qan təzyiqi, mərkəzi aortal təzyiqi ölçülüb, qanda şəkərin və xolesterinin səviyyəsi ekspress üsulla təyin edilib. Problemi olan şəxslərə həkimlər tərəfindən müvafiq məsləhətlər verilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Kardiologiya institutunun rəhbərliyi və kollektivi tərəfindən həyata keçirilən “Ürəklərimizi birgə qoruyaq” adlı aksiyanın geniş şəkildə təşkil olunması ictimaiyyət tərəfindən maraqla qarşılanıb və tədbirin çoxsaylı iştirakçıları olub.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır