Mədəaltı vəz xərçəngi sidik analizi ilə təyin ediləcək - YENİ TEST
03 OKTYABR
357

Mədəaltı vəz xərçəngi sidik analizi ilə təyin ediləcək - YENİ TEST

Mədəaltı vəzin xərçəngi çətin diaqnoz olunan, gecikmiş mərhələdə aşkar olunan xəstəlikdir. Onkoloji xəstəliklər içində ölüm faizinə görə liderdir. 

Fins.az medicina.az-a istinadən bildirir ki, Böyük Britaniyada yeni testin kliniki sınaqlarına başlanılır, bu analizlə mədəaltı vəzi xərçəngini ən tez mərhələdə asanlıqla təyin etmək mümkün olacaq

Əgər kliniki tədqiqatlar uğurlu olsa, bu xərçəngin ilk sidik analizi olacaq. 

Sidikdə mədəaltı vəzinin bioloji markerləri olan 3 spesifik zülal təyini 95% halda dəqiq diaqnoz qoymağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır