Sidikdə ciddi xəstəliklərə işarə edən 6 dəyişiklik
10 OKTYABR
283

Sidikdə ciddi xəstəliklərə işarə edən 6 dəyişiklik

Sidiyin görünüşündə, rəngində və ya iyində olan bəzi dəyişikliklər ciddi xəstəliklərə işarə edə bilir. Bu səbəbdən sidikdə olan dəyişikliklərə qarşı daim diqqətli olmaq lazımdır.

Sidikdə qan

Bu sidik kisəsinin iltihabından başlayaraq böyrək xərçəngi və ya kişilərdə prostat vəzi xərçəngi kimi ağır pozulmalara işarə edə bilər.  

Vaxt itirmədən həkimə müraciət edin. Sidikdə qanın olması ən ciddi simptomlardan biri sayılır.

Qəhvəyi rəng

Fins.az saglamolun.az-a istinadən bildirir ki, normada sidik açıq saman rəngində olmalıdır. Sidiyin çox tünd olması ("tünd pivə rəngi") böyrək və sidik kisəsi xəstəliklərinə işarə edə bilər.

Həmçinin bu simptom qaraciyər sirrozu, hepatit, öd daşı xəstəliyi, pankreatit kimi ağır xəstəliklər zamanı meydana çıxa bilər.

Sidikdə köpük

Köpüyün çox olması sidikdə zülala işarə edir. Bu ciddi simptomdur və təhlükəli böyrək xəstəliyinə işarə edə bilər.

Bulanıq sidik

Normada sidik şəffafdır. Sidiyin bulanıq olması infeksiyaya və ya zöhrəvi xəstəliyin simptomu ola bilər.

Kəskin iy

Normada təzə sidiyin heç bir iyi olmur. Təzə sidiyin çox kəskin iyi iltihaba işarə edə bilər.

Şirin iy

Meyvəli şirin iy şəkərli diabetın simptomudur. Diabet zamanı şəkərin mənimsənilməsi prosesi pozulur, şəkər çoxlu miqdarda qanda toplanır. Orqanizmi artıq şəkərdən azad etmək üçün börəklər daha aktiv işləməyə başlayır, sidiyin ifrazı artır və onun iyi şinir olur, meyvələrin iyinə bənzəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır