Bu pəhriz 1 həftəyə 5 kq arıqladır – Məşhur dietoloq / VİDEO
13 NOYABR
53

Bu pəhriz 1 həftəyə 5 kq arıqladır – Məşhur dietoloq / VİDEO

Artıq çəkisi ilə başı dərddə olanlar bir həftəyə 5 kq arıqlaya bilərsiniz.

Fins.az xəbər verir ki, bunun üçün pəhrizlə yanaşı gündə 1 saat yeriməlisiniz. Hərəkətsiz bir həyatınız varsa, uğurlu nəticə əldə etmək mümkün olmayacaq. 

Məşhur dietoloq Ayça Kayanın bir həftəyə 5 kq atmağınıza yardım edəcək pəhriz menyusunu təqdim edirik:

Səhər yeməyi (saat 07:00 – 08:00)

1 dilim pendir və ya 1 ədəd yumurta.

2 dilim çovdar çörəyi.

İstədiyiniz qədər cəfəri, roka, şüyüd, vəzəri.

4 ədəd zeytun.

Şəkərsiz çay (Yaşıl çay da ola bilər).

Ara yeməyi (10:00)

1 stəkan süd (Süd əvəzinə qatıq ola bilər)

Günorta yeməyi

1 porsiya qovrulmuş ət (Toyuq, balıq, qırmızı ət).

1 dilim çovdar ya da kəpəkli çörək.

Yağsız salat.

1 stəkan duzsuz ayran.

İlkindi yeməyi

1 stəkan qatıq və 2 qaşıq yulaf.

1 ədəd mövsüm meyvəsi.

Axşam yeməyi

1 kasa şorba,

5 qaşıq zeytun yağlı yemək.

1 kasa qatıq və 1 ədəd mövsüm meyvəsi.

8 stəkan su.

Qeyd: Pəhrizi tətbiq edərkən bol su için, idmanla məşğul olun (Gündə yarım saat).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır