Bir kiloqramı 12 min manat olan zəfəran - inanılmaz faydaları
12 APREL
332

Bir kiloqramı 12 min manat olan zəfəran - inanılmaz faydaları

Biz, adətən, ədviyyatlardan xörəklərə, şirniyyatlara yeməyə dad vermək üçün istifadə edirik. Ancaq ədviyyatların bir çoxu sadəcə, xoş qoxusuna və dadına görə deyil, həm də orqanizmə faydalarına görə sevilir. Bu ədviyyatlardan biri də zəfərandlır. Türkiyəli həkim-diyetoloq Şəbnəm Kandıralı zəfəranın şəfa olduğu xəstəliklərdən danışıb.

Zəfəran qədim çağlardan bəri ağrıkəsici və təzyiqi sabitləşdirən vasitə kimi istifadə edilib.
 
Dövrümüzün ən bahalı ədviyyatlarından biridir və tərkibində 150-dən çox xüsusi maddə var. Araşdırmalar göstərib ki, xüsusilə, xərçəngə qarşı təsirlidir. Həzm sistemi problemlərini həll edir.
 
Şəbnəm Kandıralı zəfəranın pəhriz saxlayanlar üçün də ən faydalı ədviyyatlardan olduğu qeyd edilir.
 
İştahanı kəsir. Arıqlamaq istəyənlər bu ədviyyatdan istifadə etməlidirlər. Bunu etsələr, gün ərzində həmişəkindən 55 faiz az şirniyyat yeyərlər. Hətta pəhriz saxlamadan, idmanla məşğul olmadan 8 həftədə 1 kilo arıqlamaq olar.

latınca "zəfəran sativus" deyilən, payızda çiçək açan və 20-30 sm hündürlüyə çatan bənövşəyi rəngli bitkinin əsas hissəsi çiçəkləridir.

Ədviyyatın hazırlanması üçün həmin hissə qurudularaq toz halına gətirilir.

Rəngləndirici və dad verici kimi istifadə edilən yağının əldə edilməsi olduqca əziyyətlidir. Hər bir çiçəyin üzərindəki tozcuqlar günəş doğmadan tək-tək yığılır. Sadəcə yarım kİloya qədər ədviyyat əldə etmək üçün 75 min çiçəkdən istifadə olunur.

Bu bitkinin yağı ölümdən basqa, bütün xəstəliklərə xeyirlidir və 1 kiloqramı 12,5 min manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır