Siqareti bu qidalarla tərgidin - SİYAHI
25 APREL
342

Siqareti bu qidalarla tərgidin - SİYAHI

Bəzi kişilər üçün siqaret vərdişindən xilas olmaq elə də asan iş deyil. Mütəxəssislər isə siqareti tərgitmə müddətində düzgün qidalanmanın əhəmiyyətli rol oynadığını bildiriblər.  
Bəs siqareti tərgitməyə kömək edən qidalar hansıdır? 
Tibb.fins.az həmin siyahını təqdim edir:
Zəncəfil ağciyərləri təmizləyir - Bu mövzuda ilk köməyinizə çatan qida zəncəfildir. Zəncəfil ağciyərlərin təmizlənməsi üçün olduqca təsirlidir. Zəncəfili çaya və ya yeməklərə qataraq içə bilərsiniz. Biyan kökü kimi güclü qoxusu sayəsində insanı rahatlaşdırır və siqaret çəkmə ehtiyacının qarşısını alır.
C vitamini mütləqdir - Siqareti tərgitmək üçün təbii C vitaminin qəbulu vacibdir. Bu baxımdan ən təsirli qidalardan biri portağaldır. C vitamini, təsiri sayəsində dəmir çatışmazlığını azaldır. Portağal kimi naringi və qreypfrut da antioksidant təsiri göstərir və tərkibindəki C vitamini sayəsində bədənin siqaretə olan ehtiyacını azaldır. İnsanlar siqaret çəkməklə bədənlərində ən çox C vitamini itirirlər. C vitamini əvəzinə nikotinin təbii olmayan elementləri yerləşir. Bu səbəbdən də siqareti tərgitmək üçün təbii formada daha çox C vitamini qəbul etmək lazımdır. Gündə 1 portağal sizə kömək olar.
Daim darçın yeyin - Siqareti tərgitməyə kömək olan qidalardan biri də qan şəkərini tarazlayan darçındır. Darçın yaxşı bir antioksidantdır. Darçını istər çubuq, istər toz şəklində qəbul edə bilərsiniz. Gündə bir dəfə 1 çubuq və ya 1 çay qaşığı toz darçınını qatığa, çaya və ya südə qarışdıraraq içə bilərsiniz.
Pomidor - Hər gün bir stəkan pomidor suyu zərərli maddələri bədəndən uzaqlaşdırmaq üçün faydalıdır.
 
©Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır