Sistit zamamı müalicəvi pəhriz - Uroginekoloq Doktor Aygün Səlimova
08 İYUN
678

Sistit zamamı müalicəvi pəhriz - Uroginekoloq Doktor Aygün Səlimova

Müəllif: Uroginekoloq Doktor Aygün Səlimova

Əlaqə nömrəsi: +994705188881

Sosial: Dr.Aygun_Selimova

Sistit, sidik kisəsinin bakterial iltihabıdır. Hər hansı bir patologiya nəticəsində bakteriyalar sidik kisəsinə keçir və sistit yaranır.
Sistitlər, bakterial xəstəlik olduqları üçün antibiotiklərlə müalicə edilir. Müalicəyə başlamazdan əvvəl sidik analizi, əkilməsi və müvafiq antibiotik seçilməsi vacibdir. Xroniki sistitlərdə müalicə uzun müddətli ola bilir.
Sistit zamanı müalicəvi pəhriz cox yaxşı nəticə verir.
-Ümumi qəbul edilən qidanın, həmçinin yağlı və duzlu qidanın həcmini azaltmalı
-Sutka ərzində 2-2,5 litr maye qəbul etməli.
-Sidikqovucu çaylardan (urotea kimi böyrək çaylarından) istifadə etməsi və bu məhsullardan çox istifadə etməli: ananas, şalğam, albalı, moruq, yunan qabağı, başinağacı, kələm, şabalıd, quşüzümü, moruq, manqo, yulaf, xiyar, şaftalı, gavalı, balqabaq, gilas və s.
-Təzə sıxılmış ərik, şaftalı və üzüm şirələri içməli.
-B1 vitamini ilə zəngin olan qidalar qəbul etməli (qaynadılmış kartof, banan, çərəzlər, lobya)
-C vitamininə olan gündəlik tələbat 1 qramdan artıq olmamalı.
-Yay mövsümündə çoxlu qarpız yeməli (günə 2-2,5 kq)
-Rasiondan qatı bulyonları, şokoladı, kakao, mayonez, konservləşdirilmiş məhsulları, qızardılmış və kəskin ədviyyatlı qidaları çıxarmalı
-Spirtli içkilərdən istifadə etməməli.
-Gün ərzində 2-3 qramdan artıq xörək duzu qəbul etməməli (o cümlədən hazır məhsulların və çörəyin tərkibindəki duz da daxil olmaqla)
-Ağır fiziki işlərlə məşğul olmamalı, soyuqdan qaçmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır